Rail Eldar oğlu Rəcəbov( 10 iyul 1986, Bakı ş.) — Peşəkar və həvəskar kikboksçu, beynəlxalq yarışların qalibi.
- 1986-ci il 10 iyulda Rail Rəcəbov Bakı şəhərində anadan olub;
- 13 saylı orta məktəbi bitirmişdir.
- 2004-2008-ci illərdə Təfəkkür Universitetində təhsil alıb;
- 2008-2009-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib;
- 1997-ci ildən kikboksinq idman növü ilə məşğul olmuş;
- 2001-2004-cü illərdə gənclər arasında Azərbaycan çempionu;
- 2007-ci il kişilər arasında Azərbaycan çempionu;
- 2006-ci il “world profil” üzrə dünya çempionatının low versiyasi üzrə ikincisi muay-tai üzrə üçüncüsü;
- 2006-cı ilin oktyabrında WAKO üzrə Avropa çempionatında Makedoniyada üçüncü yer;
- 2007-ci il Heydər Əliyev adına peşəkar turnirin qalibi rus döyüşçüsü Aleksandr Ramaska üzərində qələbə qazanıb[1];
- 2007-ci il Serbiyada WAKO üzrə dünya çempionatında ikinci yer nailiyyəti;
- 2008-ci ildə peşəkarlar arasında Azərbaycan çempionu kəmərinin qalibi;
- 2007-ci il "idman ustası" adına layiq görülmüş;
- 2012-ci ildə Azərbaycan Respublikasının "əməkdar idman ustası" adını qazanmış;[2]
- 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Olimpiya Komitəsi tərəfindən "fəxri fərman"la mükafatına layiq görülmüş;[3]
- 5 peşəkar döyüş, 3 qələbə;
- 2000-ci ildə yeniyetmələr arasında boks üzrə Respublika çempionu;
- 2001-2010-cu illərdə rabitəçi klubunun üzvü;
- Məşqçisi "əməkdar müəllim" Ceyhun Abbasov olmuşdur.