Raket silahı

Exocet gəmi əleyhinə raket uçuş zamanı
FIM-92 Stinqer raketi ilə nişanalma zamanı

Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. Reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar.

Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir:

  • İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar,
  • Buraxma qurğuları,
  • Texniki təchizat vasitələri, nəqletmə və saxlama.

Daşıyıcı sistemlərinə görə bölünürlər:

  • “Yer hədəfi əleyhinə”
    • “Yer-yer”
    • “Tank əleyhinə”
  • “Hava hədəvi əleyhinə”
    • “Yer-göy”
    • “Göy-göy”
    • “Raket əleyhinə”
  • “Dəniz hədəfi əleyhinə”
  • “Süni peyk əleyhinə” və s.

Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinger” raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir.

Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.

İlk dəfə raket silahı Verner fon Braunun rəhbərliyi altında alman mütəxəssisləri tərəfindən hazırlanıb V2 adı altında İkinci dünya müharibəsində tətbiq olunmuşdur