Rakif Babayev

Rakif Cəlal oğlu Babayev - (1973, Lerik rayonu9 avqust 1993, Ağdam) Birinci Qarabağ döyüşlərində iştirak edib.

Rakif Babayev
Rakif Cəlal oğlu Babayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Lerik
Vəfat tarixi
Vəfat yeri Ağdam
Vəfat səbəbi Şəhid
Dəfn yeri Lerik
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Cəlal
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Ordusu
Qoşun növü Azərbaycan ordusu
Xidmət illəri 1991-1993
Rütbə Əsgər
Döyüşlər Ağdam döyüşləri

Həyatı[redaktə | mənbəni redaktə et]

1973-cü ildə Lerik rayonunun Vov kəndində anadan olub. On üç uşaqlı ailənin on birinci övladı idi.[1]

Təhsili[redaktə | mənbəni redaktə et]

Rakif Babayev 1980-ci ildə Vov kənd orta məktəbinin birinci sinfinə qəbul olunub,1990cı ildə məktəbin 10cu sinfini bitirib.[2]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq Qarabağ cəbhəsinə göndərilir. O,yenicə formalaşmağa başlayan Milli ordu sıralarında xidmətə başlayır. Rakifin döyüş yolu əsasən Ağdam cəbhəsindən keçir. Rakif Babayev döyüş yoldaşları ilə bərabər Ağdamın Yeni Əfirəli kəndindəki döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxararaq məhv edir. Rakif Babayev 1993-cü il avqust ayının 9-da Ağdam rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək torpağa tapşırılıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. [1] Arxivləşdirilib 2023-03-06 at the Wayback Machine Ədəbiyyat yolçuları
  2. "Arxivlənmiş surət". 2023-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-09.