Ramal İsrafilov (15 iyun 1985, Şamaxı) — Azərbaycanlı müğənni, bəstəkar.
Ramal İsrafilov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Ramal Əlyaqub oğlu İsrafilov |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni, bəstəkar |
Fəaliyyət illəri | 1993- |
Janr | Pop |
Musiqi aləti | Piano |
Təhsili |
|
İsrafilov Ramal 1985-ci il, iyun ayının 15-i Şamaxı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Valideynlərinin dediyinə görə 3 yaşında olarkən pianoda ilk dəfə "Cücələrim" mahnısını ifa edib.[1] 1991-ci ildə Şamaxı şəhər 5 saylı orta məktəbə daxil olub. 1993-cu ildə ilk dəfə Türkiyənin Rize şəhərində Sarımsaq festivalı adlı konsert proqramında çıxış edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub.[1]
1998-ci ildən 2000-ci ilə qədər Bakı şəhərindəki "Səyyah" folklor ansamblında solist kimi fəaliyyət göstəib. Bir çox böyük səhnələrdə həmin ansambl ilə çıxış edib. 2001-ci ildə təhsil aldığı məktəbi bitirib. 2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərəyzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.[1]
2004-cü ildə Azərbaycan müğənnisi Abbas Bağırovla birğə yaratdığı "A-Trio" adlı qrupda solist olaraq fəaliyyət göstərdi. 2009-cu ildə solo karyerasına start verib və hal-hazırda həm bəstəkar, həm də müğənni kimi fəaliyyət göstərir.[1]
Ramal İsrafilov Mələkxanım Eyubovanın qardaşı oğludur.[2]
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |