Rami Miron (ivr. רמי מירון; 17 yanvar 1957, Bakı) - olimpiya güləşçisi.[2]
Rami Miron | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 17 yanvar 1957 (67 yaş) |
Doğum yeri | |
Boyu | 170 sm. |
Çəkisi | 68 kq. |
İdman növü | Sərbəst güləş |
Azərbaycan yəhudilərindən olan ailədə, 1957-ci ilin 17 yanvar tarixində Bakı şəhərində dünyaya gəlmişdir.[3][4] Daha sonralar Sovet İttifaqından İsrailə köçmüşdür.[3][5]
1975-ci ildə yüngül çəkidə çıxış edən Rami Miron həmin ildə Dünya Gənclər Çempionayında VI, Dünya Çempionatında isə VII yeri tutmuşdur. O, həmçinin 1975-ci ildə Təl Əviv Beynəlxalq Güləş Turnirində qızıl medal qazanmış və İsrail qəzeti Maariv tərəfindən "İlin İdmançısı" mükafatına layiq görülmüşdür..[5]
Bundan sonra İsrail üçün güləşməyə başlamış və 1976-cı ildə Monrealda keçirilən olimpiya yarışlarında sərbəst güləş üzrə İsrail yığmasında çıxış etmişdir.[2] Bu zaman onun 19 yaşı var idi. ABŞ-ni təmsil edən Ronald Jozefi, İşveçli Lennart Lundelli, Avstraliyalı Zsiqmond Kelevitzi məğlub etmiş, lakin macar Janos Kocsis və yarımfınalda qızıl medalı qazanacaq Sovet İttifaqını təmsil edən Pavel Piniginə məğlub olmuşdur. Olimpiya oyunlarının sonunda VII yeri tutumuşdur.[2][2][6][7] Bu zaman 170 boyunda və 68 kq çəkisində olmuşdur.[2]
1977-ci il Dünya Çempionatında IV yeri tutmuşdur.[3]