Ramil Ələkbərov

Ələkbərov Ramil Gülmalı oğlu — azərbaycanlı rejissor, ssenarist.

Ramil Ələkbərov
Ramil Gülmalı oğlu Ələkbərov
Doğum tarixi (45 yaş)
Doğum yeri Şamaxı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan

Ramil Ələkbərov 16 yanvar 1979-cu ildə Şamaxıda anadan olub. Sabunçu rayonu 96 saylı orta məktəbdə (1986-1993), Bakı Özəl Türk Liseyində (1993-1997), Ankara Universitetinin Jurnalistika fakültəsinin Radio, Televiziya və Kino ixtisasında (Türkiyə, 1997-2002), Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistratura pilləsində təhsil alıb. Müxtəlif vaxtlarda Samanyolu televiziyasının "Merhaba Yenigün", "Haber Kordinasyon Merkezi", "Sırlar dünyası" və "Şubat Soğuğu" seriallarında təcrübə keçib. 2003-2005-ci illərdə Samanyolu Televiziyasının Azərbaycan bürosunda çalışıb. 2004-cü ildə "Mozalan: Biz və Zaman" Film festivalında "ən obyektiv jurnalist" və "Əkinçi" Jurnalist Cəmiyyətinin "Həsən bəy Zərdabi" adına ilin jurnalisti fəxri diplom və medalı ilə təltif olunub. 2005-ci ildən İctimai Televiziyada redaktor vəzifəsində çalışır.

  1. Azərbaycan kinosu: tarixin səhifələri (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  2. Kino muzeyi (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  3. Mir Teymur (II) (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  4. Göy dənizdən bir damla: Bəkir Çobanzadə (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  5. Xocalı soyqırımı (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  6. Sevən və sevilən (2008, qısametrajlı sənədli film) – ssenari müəllifi
  7. Əzizim Fellini: Filmin filmi (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  8. Həyat varsa... (2012-2014, bədii serial) – ssenari müəllifi
  9. Əriyən ada (2013, qısametrajlı sənədli film) – redaktor
  10. Azərbaycan müəllimi. Babək Xubiyarov (2014, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
  11. Ən güclü kimdir? (2014, animasiya filmi) – ssenari müəllifi
  12. Gəlin, birgə öyrənək – rənglər (2014, animasiya filmi) – ssenari müəllifi
  13. Qafqazdan Appeninə (2014, qısametrajlı sənədli film) – redaktor
  14. Lahıc (IV) (2014, qısametrajlı sənədli film) – redaktor
  15. Bakı sübhdən günbatanadək (2015, tammetrajlı sənədli film) – rejissor, xətt prodüseri
  16. Polkovnik (2015, qısametrajlı sənədli film) – ssenari müəllifi
  17. Bir nəfəsin izi (2016, qısametrajlı sənədli film) – ssenari müəllifi
  18. Daşın yaddaşı (2016, qısametrajlı sənədli film) – ssenari müəllifi
  19. Vətən əsgəri (2016, qısametrajlı sənədli film) – ssenari müəllifi
  20. Bir Şuşa qəhrəmanı (2021, qısametrajlı sənədli film) – ssenari müəllifi