Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Əliyev Ramil Bəylər oğlu (1940, Qaryagin rayonu) — iqtisad elmləri doktoru, professor.
Ramil Əliyev | |
---|---|
Doğum tarixi | 1940 |
Doğum yeri |
Ramil Əliyev 1940-cı ilin qışında Füzuli rayonunun Saracıq kəndində əsilli, nəcabətli bir ailədə doğulub. 1958-ci ildə qonşu Qaradağlı kənd orta məktəbini müvəffəqiyyətlə bitirir. Təhsilini ali məktəbdə davam etdirmək məqsədilə həmin ildə o vaxtkı K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsinə daxil olur. İnstitut illərində R. Əliyev biliyi, çalışqanlığı, dünyagörüşünün genişliyi, ünsiyyət yaratmaq bacarığı ilə seçilir. Çox keçmir ki, institut həyatı universitet illərilə əvəz olunur. 1959-cu ildə adıçəkilən institut ləğv edilir. Eyni adlı fakültə Azərbaycan Dövlət Universitetinə verilir. Müvəffəqiyyətlə ötən təhsil illərində R. Əliyev universitetin professor–müəllim heyətinin böyük rəğbətini qazanır. Universiteti 1963-cü ildə fərqlənmə diplomu ilə bitirən R. Əliyev təyinatla Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində işləməyə göndərilir. 1963–1965-ci illərdə ordu sıralarında xidmət edən R. Əliyev həm də Ali Hərbi Partiya məktəbində müəllim işləyir. Hərbi xidmətdən qayıtdıqdan sonra Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayır. İnstitutda çalışdığı illərdə o, elmi axtarışlarında xeyli uğurlar qazanır, bunun müqabilində vəzifə pillələri ilə yüksəlməyə başlayır. 1969–1970-ci illərdə baş elmi işçi, 1970–1972-ci illərdə isə elmi katib işlədikdən sonra, 1972–1985-ci illərdə şöbə müdiri vəzifəsinə yüksəlir. R. Əliyev 1970-ci ildə namizədlik, 1978-ci ildə isə doktorluq dissertasiyası müdafiə etməklə Azərbaycanın iqtisadiyyat elminə, xüsusən də tətbiqi iqtisadiyyata öz zəngin töhfəsini verib.