Ramil Məmmədov

Ramil Məmmədovaktyor[1], film səsləndirən, mətn oxuyan, Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyoru (2010), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru (2013), Mövsümün ən perspektivli aktyoru (2015), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mükafatınının laureatı (19 iyul 2016).[2]

Ramil Məmmədov
Ramil Şamil oğlu Məmmədov
Doğum tarixi (37 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 2013 – davam edir
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları Sima mükafatı (2016)

30 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1994-2005-ci illərdə Suraxanı rayonu 114 saylı orta məktəbdə təhsil alıb. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr və kino aktyoru” fakültəsini bitirib. 2010-cu ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 2013-cü ilin yanvar ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

2016-ci il iyul ayının 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mükafatına[3] “Mövsümün ən perspektivli aktyoru” nominasiyası üzrə layiq görülmüşdür.

Teatrda əsas rolları

[redaktə | mənbəni redaktə et]

Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı

[redaktə | mənbəni redaktə et]
  1. Əsgər - (“Qurtuluş dastanı” İ.Piriyev)
  2. Müəllim - (“Vətəndən ağırdır vətənin yükü” H.Orucov)
  3. Rac - (“Qızıl ahu balası” Y.Şetinkina)
  4. Balaqədeş - (“Məhəbbət, şeytan, ağ ölüm” M.Haqverdiyev)
  5. Ağa Salman, Dərviş Məstəli şah, Hakimi şər - (“Mürafiə vəkillərinin hekayəti” M.F.Axundzadə)

Gənc Tamaşaçılar Teatrı

[redaktə | mənbəni redaktə et]
  1. Qaraçı - (“Qaraca qız” S.S.Axundov, A.Şaiq)
  2. Dəmirçi - (“Şəngülüm, Şüngülüm, Məngülüm” M.Müşfiq)
  3. Müştəri - (“Aydın” C.Cabbarlı)
  4. Şəhər sakini - (“Romeo və Culyetta” U.Şekspir)
  5. Meymun - (“Hekayəti xırs quldurbasan” M.F.Axundzadə)
  6. Məzun - (“Mənim ağ göyərçinim” T.Vəliyeva)
  7. Nağaraçı - (“Buzovna kəndinin əhvalatları” Elçin)
  8. Quldur - (“Əlibaba və qırx quldur” Ərəb Xalq nağılı)
  9. Qara qüvvə - (“Şahzadə Xəzərin nağılı” K.Ağabalayev, N.Kazımov)
  10. Şeyx - (“Şeyx Sənan H.Cavid)
  11. Qrey Lord - (“III Riçard” U.Şekspir)
  12. Baba - (“Qoğalın nağılı” Xalq nağılı)
  13. Şeyx Sədra - (“Şeyx Sənan”. H.Cavid)
  14. Rey - lord, küçə musiqiçisi - (“III Riçard”, U.Şekspir)
  15. Alabaş -(“Dəcəl keçi” P.Nurəliyeva)
  16. Şeytan - (“Məlikməmməd və sehrli almalar” Azərbaycan Xalq nağılı)
  17. Qurbağa - (“Çirkin ördək balası” H.X.Andersen)
  18. Meymun - (“Biri vardı, biri yox” Ə.Ol)
  19. Kirpi - (“Dovşanın ad günü” X.Əliyəbli)
  20. Erenjen - (“Qohumlar” V.Şuqrayeva, Ə.Əmirli)
  21. Blom - (“Uzuncorab Pippi” A.Lindqren)
  22. Zəncirli oğlan, Mirzə, musiqiçi - (“Leyli və Məcnun” M.Füzuli)
  23. Mixaylo - (“Ünvansız qatar” Ə.Əmirli)
  24. Fərhad - (“Yarımçıq qalmış” Y.Abramov, L.Bəyim)
  25. Gülməmməd - (“Məlikməmməd” Azərbaycan Xalq nağılı)
  26. Mastino - (“Çipollino” C.Rodari)
  1. Evləri göydələn yar (film, 2010)
  2. 20 müstəqil il (film, 2011)
  3. Sən demə (film, 2020)