Ramil Nabran

Ramil Akif oğlu Şamilli (8 noyabr 1977, Bakı) — musiqiçi, Reper.

Ramil Nabran
Şamilli Ramil Akif oğlu
Ümumi məlumatlar
Doğum tarixi (45 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, musiqiçi
Fəaliyyət illəri 2000-ci ildən.
Janrlar Rap, Alernativ Rap
Instagram hesabı

Həyat və Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Ramil Nabran.[1][2][3] Ramil Şamilli Akif oğlu 8 noyabr 1977-ci ildə Bakıda anadan olub. Təxəllüsündə Nabran adı olması Ramilin Nabrandan olması deyil. Sadece 2005-ci ildə Nabran repi ona uğur getirdiyi üçün sənətçi dostları tərəfindən bu təxəllüslə çağırılıb.

Ramil atasını 1978-ci ildə hələ 1 yaşı tam olmadan itirmişdir. Ömrünün 34-cü baharında dünyasını dəyişən Akif Ağakərim oğlu şeiriyyatla, qəzəllərlə məşğul olduğundan bu irsi istedad oğlu Ramilə də keçmişdir.

Sovetskidə doğulan Ramil 2 yaşında Əhmədliyə köçmüş və uşaqlıq illərini Qaçaq Nəbi 4 ünvanında keçirmişdi 261 saylı məktəbi bitirib.[4] 31 saylı Texniki Peşə Məktəbində 3 il oxuyub.

1996–1999 Sərhəd Qoşunlarında xidmət edib.

Repə 1993 cü ildə başlasada ilk səs yazması 2000-ci ildə baş vermişdir. 2005-ci ildə Nabran adlı repi ona ilk uğurunu gətirmiş ve həmin ildə də Klan A Plan adlı alternativ rep qrupuna daxil olmuşdur.

İlk işləri MİR telekanalında, Savaş studiyasında çalışmışdır.

Sonradan Klan A Plan qrupunun səs yazma studiyasında.

2010-cu ildə qrupun mərhun üzvü Ryder təxəllüsü altında çalışan Rüfət Əfəndiyev Məcid oğlunun 26 yaşında vaxtsız ölümündən sonra Ramil özünə qapanır və 2012-ci ildən artıq tək, solo fəaliyyətə başlayır.

Bu günə kimi bir çox hitlərin ərsə gəlməsində əli var. Replərindəki ruh yüksəkliyi kütlə arasında "özüylə yay gətirən insan" obrazını yaradıb.

TURAN sevgisinə və SOYDAŞ anlamına böyük sevgi ilə yanaşır.

İkinci bacarığı həvəskar rəssam dizaynerdi.

Ailəlidir. 2 övladı var.

"Onun bunun uğuruna boğulmaqdansa, vaxt tapıb öz uğurun üçün yoğrulsan dogru olar." Ramil Nabran

Dikoqrafiya[redaktə | mənbəni redaktə et]

Mahnıları[redaktə | mənbəni redaktə et]

Tarix Mahnının adı İfaçı Sözlərin müəllifi Bəstəkar Aranjiman İstinadlar
2012 Sevgiyə bir addım Ramil Nabran ft Xəyalə
2013 Günəşə dahada yaxın Ramil Nabran
2013 Oyna Ramil Nabran
2013 Ragga Muffin Ramil Nabran
2013 Gürzə Ramil Nabran ft Trino
2017 Monopoliya Ramil Nabran ft Okan On, Dj Kantik
2020 Salam Qarabağ Ramil Nabran Ramil Nabran Kamran Kamran
2021 Abracadabra Ramil Nabran Ramil Nabran Kamro
2021 Tractor S. C Ramil Nabran Ramil Nabran Kamro Kamro

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ramil Nabran". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
  2. "Ramil Nabran saçının tez ağarmağının səbəbini açıqladı – VİDEO". 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
  3. "Ramil Nabran: "Mənə deyirdilər ki, sənin mahnılarınla kəndləri alırıq"". 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
  4. "Ramil Nabran "Arb" kanalinda". 2021-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.