Ramiz İbrahimov

Ramiz İbrahimov — Yunan-Roma güləşi üzrə öz çəki dərəcəsində üç dəfə (1952, 1954, 1955-ci illərdə) SSRİ çempionu olub. İdman ustası. Hazırda Ağdaş UGİM-in məşqçisidir.

Ramiz İbrahimov
Doğum tarixi
Doğum yeri Ağdaş
  • 1952-ci ildə Tiflisdə keçirilmiş SSRİ birinciliyinin qalibi
  • 1954-cü ildə Bakıda keçirilmiş SSRİ birinciliyinin qalibi
  • 1955-ci ildə Lvovda keçirilmiş SSRİ birinciliyinin qalibi
  • 7 dəfə Azərbaycan çempionu

3 qat SSRI,7 qat Azərbaycan ?empionu vətəndaşlıqdan imtina etdi Respublika dərəcəli hakim Ramiz ibrahimova g?stərilən yad m?nasibət onu belə bir addım atmağa məcbur edib Hakimiyyətin ən cox ?y?nd?y? sahələrdən biri də idmandır.Yeerlərdə m?htəşəm olimpia mərkəzlərinin açılması,idman-sağlamlıq komplekslərinin inşası,idmana və idmançılara yüksək qayğı göstərilməsi ilə bağlı gecə-gündüz aparılan təbliğat beyinləri deşir. Reallıqda isə bunların tam əksini görürük.İdmana xərclənən k?lli miqdarda vəsait cəmiyyətin fiziki sağlamlığına deyil,ayrı-ayrı zümrənin maraqlarının təminatçısına yönəldilir və yaxşı gəlir gətirən "obyektlərə" ?evrilir.X?susən də bu "obyektlər"əlverişli coğrafiərazilərdə yerləşən b?lgələrdə əlavə qazanc mənbəyidir.

     İdmançılara yanaşma da eynəndir.Hakimiyyət eşəlonuna yaxındırsa,onların bəxti gətirir.Hər yerdə yaşıl işıq yandırılır.Müxalifəty?nl?d?rsə,yaxud da yaltaqlığı,ikiüzlülüyü bacarmırsa,həqiqətin g?z?nə dik baxırsa,onlar "oyundankənar" vəziyyətə salınırlar.Doğmalıq-ögeylik burada da özünü açıq-aydın büruzə verir.Həyatını idmana gənc nəslin fiziki sağlamlığına həsr edərək,vaxtilə Azərbaycanın adını yüksək tribunalarda səsləndirmiş,Yunan-Roma güləşi üzrə 3 dəfə SSRİ,7 dəfə Azərbaycan çempionu olmuş ağdaşlı Ramiz İbrahimova göstərilən yad m?nasibəti kimi.76 yaşlı idman ustası qatıldığı yarışlarda bir dəfə də olsun b?drəməyib.
    1952-ci ildə Tiflis,1954-c? ildə Bakı,1955-ci ildə isə Lvovda ke?irilən SSRİ birinciliyinin qalibi olub.1951-1957-ci illərdə isə Azərbaycanda onun  k?rəyini yerə vuran tapılmayıb.1956-cı ildən SSRİidman ustasıdır.Yüzlərlə yetirməsi var.Sumqayıt güləş məktəbinin əsasını da Ramiz İbrahimov qoyub.Dünya şöhrətli idmançı Xəzər İsayevin ilk dəfə əlindən tutaraq b?y?k idmana gətirən də odur.Uzun illər Gəncədə məşqçilik edib.Bu m?ddət ərzində yeni-yeni uğurlara imza atıb.
     R.İbrahimov həm də Respublika dərəcəli hakimdir.B?t?n bu y?ksək titullaraına baxmayaraq,bu qocaman idmançı hələ də layiq olduğu qiyməti almayıb.Onun dediyinə g?rə,Yunan-Roma g?ləşi üzrə 67 kq ?əki dərəcəsində  bir ne?ə dəfə keçmiş SSRİ-nin yığmasına salınsa da,komandanın baş məşqçisi olmuş Probrejeniçin qoyduğu ayrı-seçkilik ucbatından beynəlxalq  turnirlərdə  iştirak edə bilməyib.Bundan o qədər də təəss?flənmir.R.İbrahimovu ən ?ox təəss?fləndirən Azərbaycan rəhbərliyinin,müvafiq qurumların münasibətidir.Daha ?ox təsir edən isə bir vaxtlar k?rəyini yerə vurduğu insanların fəxri adlarla,d?vlət mükafatları ilə təltif  olunmaları müqabilində,onun zəhmətinin qiymətləndirilməməsidir.?lkədə elə bir nazirlik,idarə,y?ksək r?tbəli məmur qalmayıb ki,müraciət etməsin.?z? də dəfələrlə.Amma indiyədək bir nəticəsi yoxdur.Bu məmləkətdə onun saysız-hesabsız göndərdiyi ərizələrə məhəl qoyulmadığını görüb üz tutub Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinə.G?r?n vəziyyət nə həddə çatıb ki, "Fəxri bədən tərbiyəsi və idman işçisi" idman ustası,Respublika dərəcəli hakim, 3 qat SSRİ, 7 qat Azərbaycan ?empionu,?mr?n? Azərbaycan idmanının inkişafina həsr edən Ramiz İbrahimov canı qədər  sevdiyi,illərlə xidmətində durduğu Vətənini bu ahıl yaşlarında buraxıb getmək məcburiyyətində qalıb.Onun hakimiyyətdən layiq olduğu qiymətdən başqa umacağı yoxdur.O, haqqını istəyir,ədalətli yanaşma gözləyir.?z?n?n də dediyi kimi, "nə Amerika,nə Avropa,nə də digər ?lkələr Azərbaycanı,heç yaşadığı Ağdaşı əvəzləyə bilməz".İllərlə ?əkdiyi zəhmətə se?diyi yola g?rə nəinki peşman deyil,əksinə,fəxr edir.Bacardığını edib.İndi də əlindən gələnləri əsirgəmir.Amma onu ağrıdan hakimiyyətin biganəliyi və ?gey m?nasibətidir.Yəqin ki,nə vaxtsa susmuş vicdanlar R.İbrahimov kimi haqqı-hüququ pozulan on minlərlə insanın səsinə səs verəcək...
    Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi ilə əlaqə yaratmağa çalışsaq da təəss?f ki, cəhdlərimiz boşa çıxdı.
                                                                     CƏMİYYƏT qəzeti,11-17 avqust 2010 səh,13
                                                                                                           yazdı:İbrahimova Büşra İbrahimov Ramiz
                                                                                                                                                              -in qızı