Ramiz Kərimov

Ramiz Kərimov (rus. Керимов, Рамиз Исраил оглы; d. 1954 – ö. 1977) — Azərbaycan SSR dönəmində fəaliyyət göstərmiş yanğınsöndürən.[1]

Ramiz Kərimov
azərb. Ramiz İsrail oğlu Kərimov
Ramiz Kərimovun Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yerləşən parkda qoyulmuş büstü.
Ramiz Kərimovun Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yerləşən parkda qoyulmuş büstü.
Doğum tarixi
Doğum yeri Zərdab, Azərbaycan SSR
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR
Vəfat səbəbi xidməti vəzifəsini icra edərkən həlak olub.
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti yanğınsöndürən[d]
Mükafatları "Qırmızı ulduz" ordeni

Ramiz Kərimov 1954-cü ildə Zərdab şəhərində anadan olmuşdur. Gənc yaşlarından Nizami rayonu ərazisində yanğınsöndürən kimi işləməyə başlamışdır. 24 yaşı olarkən Bakıda neftayırma zavodlarının birində yanğın söndürərkən həlak olmuşdur. Dönəmin dövlət xadimi Leonid Brejnevin fərmanına əsasən Qırmızı Ulduz ilə təltif edilmişdir.

Ramiz Kərimovun xatirəsini əbədiləşdirmək üçün 1982-ci ildə Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yerləşən parkda büstü qoyulmuşdur. Büstün postamentinə Xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanca həlak olmuş yanğınsöndürən Ramiz İsrail oğlu Kərimov 1954-1977-ci illər sözləri həkk edilmiş lövhə vurulmuşdur. Zərdabın mərkəzi küçələrindəb biri Ramiz Kərimovun adını daşıyır.

  1. "SAHİBİ TANINMAYAN HEYKƏLLƏR" (az.). musavat.com. 28.09.2009. 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-13.