Ramiz Məmmədzadə (azərb. Ramiz Yaqub oğlu Məmmədzadə; d.1 yanvar 1937, Azərbaycan, Ağdam) — şair, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, "Yaddaş" milli mükafatı laureatı.[1]
Ramiz Məmmədzadə | |
---|---|
Ramiz Yaqub oğlu Məmmədzadə | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Ağdam |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Vətəndaşlığı | Azərbaycan→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Dini | islam dini |
Təhsili | Azərbaycan Pedaqoji İnstitu |
Fəaliyyəti | şair |
Mükafatları | "Qızıl qələm" mükafatı, "Yaddaş" milli mükafatı laureatı və b. |
1937-ci il yanvarın 1-də Azərbaycanın Ağdam rayonunda anadan olub. 1955-58-ci illərdə 1 saylı orta məktəbi, habelə Bakı dəmiryol məktəbini bitirmişdir. 1962-63-cü illərdə APİ-nin pedaqoji fakültəsində təhsilini davam etdirmiş, şair sonralar Abşeron rayonunun Saray kənd orta məktəbində müəllim işləmişdir. 1963-67-ci illərdə Azərbaycan LKGİ Abşeron rayon komsomol komitəsində şöbə müdiri, katib, 1967-68-ci illərdə Azərbaycan KP Abşeron Rayon Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1992-ci illərdə Azərbaycan KP MK Siyasi maarif evində məsləhətçi vəzifələrini icra edən Milli Yaradıcılıq Akademiyasının filologiya doktoru eyni zamanda 1993-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində böyük referent kimi çalışmışdır. 1968-70-ci illərdə Bakı Ali partiya məktəbində təhsil alan R.Məmmədzadə 1991-ci ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. Hazırda qaçqınların və məcburi köçkünlərin sosial problemləri ilə məşğul olan "Azəriserviz" təşkilatında mətbuat xidmətinin rəhbəridir. 1976-82-ci illərdə Yuqoslaviya, Çexoslovakiya, Türkiyə-Misir-Kipr-Yunanıstan, Kuba respublikası ölkələrinə səfərə çıxan sovet turist qrupuna rəhbərlik etmişdir.
Ədəbi fəaliyyətə 1960-cı ildə "Bakı" qəzetində dərc olunmuş "Milyon ananın övladı" adlı ilk şeiri ilə başlamışdır. "Canpolad əfsanəsi" adlı kitabını Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayeva həsr etmişdi.
Xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, ÜİLKGİ MK-nın döş nişanı və stolüstü xatirə medalı ilə təltif olunmuşdur.