Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ramiz Abbas oğlu Sultanov (9 may 1934 – 18 fevral 2004) — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru, professor.
Ramiz Sultanov | |
---|---|
Ramiz Abbas oğlu Sultanov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (69 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
Elmi adları | |
Təhsili | Moskva Kimya Texnologiya İnstitutu |
Ramiz Abbas oğlu Sultanov 1934-cü il mayın 9-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1953-cü ildə Bakı şəhəri 171 saylı orta məktəbi gümüş medalla bitirmişdir. Həmin ildə D. İ. Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunun kimya-texnologiyası fakültəsinə qəbul olunmuş və 1959-cu ildə oranı bitirmişdir.
1959-cu ildən Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1960–1962-ci illərdə Moskvada SSRİ EA N. Zelinski adına Ümumi Kimya İnstitutunun aspiranturasında oxumuşdur. 1962–1966-cı illərdə Azərbaycan EA Y. Məmmədəliyev adına NKPİ-də böyük mühəndis, kiçik və böyük elmi işçi vəzfələrində işləmidir. 1966-cı ildə Azərbaycan EA NKPİ-nin Sumqayıt Filialına böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 1967–1979-cu illərdə NKPİ-nin Sumqayıt Filialında, sonralar onun əsasında yaradılmış Azərbaycan EA Xlor-üzvi Sintez İnstitutunda "Silisium-üzvi birləşmələr" laboratoriyasına rəhbərlik etmişdir. 1979-cu ildən indiki Azərbaycan Sənaye İnstitutunda (Sumqayıt) əvvəlcə (1979–1986-cı illərdə) "Əsas üzvi sintezin texnologiyası" kafedrasında, 1986-cı ildən ömrünün sonuna kimi "Ümumi kimya" kafedrasında müdir vəzifəsində işləmişdir.
1963-cü ildə SSRİ EA N. Zelinski adına ÜKİ-nin Elmi Şurasında "Silisium hidridlərin sian tərkibli olefinlərə katalitik birləşdirilməsi və alınan birləşmələrin bəzi çevilmələri" mövzusunda namizədlik, 1971-ci ildə isə "Üzvi və silisiumüzvi epoksibirləşmələrin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1980-ci ildə "Üzvi kimya" ixtisası üzrə professor adını almışdır.
Professor R. A. Sultanovun elmi-tədqiqat işləri karbofunksional silisiumüzvi birləşmələrin sintezi, xassələri və tətbiq sahələrini əhatə edir. Onun apardığı sistematik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, sintez edilmiş birləşmələr sənaye qətranlarına modifikator və tibb sənayesində istifadə edilə bilər. Onun apardığı elmi-tədqiqatların nəticəsi 330 elmi əsərdə, o cümlədən 26 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. O, 27 elmlər namizədi hazırlamışdır.
Professor R. A. Sultanov 1968-ci ildə London Elm və Texnologiya Kollecində elmi-tədqiqat işi aparmışdır.
Professor R. A. Sultanov 18 fevral 2004-cü ildə vəfat etmişdir.