Ramtin (fars. رامتین; İran[1]) — Sasanilər səltənəti dövründə yaşamış musiqiçi. O, arfa alətində ifa ustası kimi tanınır.
Ramtin | |
---|---|
Ümumi məlumatlar | |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Bir çox etibarlı mənbələrdə Ramtin "musiqiçi" deməkdir. Sülh və əmin-amanlıq mənasını da bu ad üçün şərh etmək olar. Bəziləri "Ramtin"in "Ramnin"in təhrif olunmuş forması olduğuna inanırlar. Əsəd Gurgani "Raminin" və ya "Ramin" adlarının düzgün olduğunu qeyd etmişdir. Məhəmməd Moinin fikrinə görə, "Raminin" adına nöqtə əlavə edilərək "Ramtin" olmuşdur.[2] Bəziləri Ramtini Veysi sevən Ramin kimi tanıyır (Veys və Ramin hekayəsində).[3]