Raroia

Raroia (fr. Raroia) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 740 km şimal-şərqdə yerləşir.

Raroia adası
fr. Raroia
Ümumi məlumatlar
Sahəsi 19,5 km²
Əhalisi 303 nəfər (2007-ci il)
Yerləşməsi
16°01′ c. e. 142°26′ q. u.HGYO
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Raroia adası xəritədə
Raroia adası
Raroia adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Taenqa atolundan 53 km şimal-şərqdə, Takumedən 6 km cənub-şərqdə yerləşir. Ada ovalvari formaya malikdir. Atollun sahəsi 19.5 km²-dir. Uzunluğu 43 km, eni isə 14 km-dir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

İnzibati baxımından Makemo kommunasına daxildir.

Raroia ilk dəfə 1605-ci ildə ispan dənizçisi Pedro Fernandos Kiros tərəfindən kəşf edilir. 1947-ci ildə Tur Heyerdal Kon-Tiki ekspedisiyasını Raroiada bitirir. Ekspedisiyanın üzvü olan Benqt Emmerik Danielssonatolu adanı özünün «Raroiada həyat və iş» disertasiyasında əks etdirir.

2007-ci il məlumatına görə adada 303 nəfər yaşayır. Yeganə yaşayış məntəqəsi Qarumaoa adlanır.

Əhalinin əsas məşquliyyəti balıqçılıq və mirvari toplamaqdır.