Raubazı

Raubazı (Qaraç-balk:Raubazı-Terek) — balkarların islama qədər inanclarına aid olan müqəddəs ağac. Ağac Yuxarı Balkariyada Şaurdat kəndində yerləşib.[1] Bəzi mənbələrdə bu ağacın şam, palıd və ya vəhşi armud ağacı olduğu qəbul edilir. [2][3] [4] [5]

Raubazı ağacına inamın necə yarandığı haqqında fərqli fikirlər mövcuddur:

  • Bu adət qədim sabir hunlarından gəlir. Onlar özləri Tenqriyə ağac obrazında sitayiş edirdilər.[6]

Bu ağaclarda digər müqəddəs ağaclar kimi ağılın, canın və hisslərin olduğu qəbul edilirdi. Raubazıdan yaxşı məhsuldarlıq, var dövlət, övladların rifahı və xəstəliklərdən müalicə istənilirdi. Ağaca qurbanlar gətirilirdi və onun ətrafında müqəddəs adətlər və toy adətləri keçirirdilər. Onun adını heç harda birbaşa çəkməzdilər adının yerinə onu bildirmək üçün "İman-terek" (Qaraç-balk:İman ağacı) adlandırardılar.[2]

İnsanların düşüncələrinə əsasən Raubazı ona sitayiş etməyənlərə ziyan vura bilərdi. Bununla bağlı balkarlarda belə bir atalar sözü də var: " Qoy mənim qoruyucum Raubazı olsun, səninki Allah." (Qaraç-balk:"Allax seni janınqa okuna bolsun, Raubuzı meni janıma bolsun ansı").

Şahidlərin sözlərinə görə ağac çox budaqlı idi və çox vaxt qollarını yana açmış insana bənzəyirdi. Ağacda şaquli istiqamətdə çapıqlar mövcud olub. İnsanlar inanırdılar ki Raubazı bu çapıqdan bölünərək azadlığa mifik vəhşi varlığı buraxırdı.[2]

Ağac 1897-ci ildə 1200 yaşında (bəzi mənbələrə görə 1905-ci ildə) Eneyev Alim Əfəndi tərəfindən bütpərəstliklə mübarizə məqsədilə ilə kəsilib. Lakin bir çox inanclı şəxslər ağac kəsildikdən sonra belə onun bitdiyi yeri müqəddəs qəbul edib orada ibadət etməyə davam ediblər.

  1. SSRİ Elmlər Akademiyası. Советская этнография, сборник статей / Sovet etnoqrafiyası, məqalələr toplusu. Akademiya nəşriyyatı. 1939. səh. 234.
  2. 1 2 3 Mədinə Abayeva. "Элементы языческих верований в современной жизни балкарских обществ" (rus. ). nauteh-journal.ru. 2018. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2020.
  3. Əhməd Musukayev. Мир дерева в культуре адыгов: этнокультурологические воззрения народа. "Эль-Фа" nəşriyyatı. 2001. 324.
  4. Кавказский сборник. Русская панорама. 2010. 416.
  5. Mehdi Curtubayev. Древние верования балкарцев и карачаевцев: краткий очерк. Elbrus nəşriyyatı. 1991. 266.
  6. İsmayıl Miziyev. История Балкарии и Карачая в трудах Исмаила Мизиева: В 3 т. Nalçik. 2010. 368. ISBN 9785936803376.