Rauf İsayev (tam adı: İsayev Rauf Soltanməcid oğlu; 25 sentyabr 1962, Göyçay – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Rauf İsayev | |
---|---|
İsayev Rauf Soltanməcid oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Göyçay, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi |
Rauf İsayev Məişət kondisioneri zavodunda çilingər işləmişdir. 20 yanvar faciəsindən sonra iki qız övladı yadigar qalıb. Qanlı şənbə günü təxminən saat 24 radələrində evdən çıxıb. Salyan qazarmasının qabağında əsgərlər silahsız adamlara atəş açanda alnından yaralanıb. Mərkəzdən qaçan güllə mərhumun baş-beyin nahiyəsini tamamilə dağıtmışdır. Atası vəfat edib, anası əmək əlilidir. Qardaşı Yaşar anası ilə birlikdə Göyçayda yaşayır. Mərhum Göyçaydakı Əli Kərim adına parkda dəfn edilmişdir.
Bu ünvanda kirayənişin yaşamışdır: Bakı, 4-cü Aşırım küçəsi, 161.