Rauf İsmayılzadə Yusif oğlu (7 yanvar 1936-cı il, Gəncə - 2015-ci il, Gəncə) ― Prezident mükafatçısı (2008), sənətşünaslıq üzrə fəlsəfə doktoru(1972). [1][2]
Rauf İsmayılzadə | |
---|---|
Rauf Yusif oğlu İsmayılzadə | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə şəhəri |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə şəhəri |
Dəfn yeri | Gəncə şəhəri |
Vətəndaşlığı | Azərbaycan SSR |
Milliyyəti | azərbaycanlı |
Atası | Yusif İsmayılzadə |
Elmi dərəcəsi | sənətşünaslıq üzrə fəlsəfə doktoru (1972) |
Tanınır | alim |
Üzvlüyü |
|
Mükafatları | Prezident mükafatçısı (2008) |
Rauf İsmayılzadə 7 yanvar 1936-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1956-cı ildə Gəncə Musiqi Texnikumunu bitirən İsmayılzadə daha sonra Göygöl rayonunda tar müəllimi kimi çalışmağa başlamışdır. Rauf İsmayılzadə 1958-1963-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqi nəzəriyyəsi şöbəsində təhsil davam etdirmişdir. Konservatoriyada təhsilini başa vurduqdan sonra 1963-cü ildə Gəncə Musiqi Texnikumunda musiqi nəzəriyyəsi üzrə müəllim kimi fəaliyyət göstərmişdir. Pedaqoji fəaliyyətlə yanaşı, yaradıcılıqla da məşğul olan Rauf İsmayılzadə 500-dən artıq elmi və publisistik məqalənin, 20-ə yaxın kitabın müəllifidir.[1][2]
1981-ci ildə Gəncədə Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsi yaradılımış və Rauf İsmayılzadə də həmin şöbədə məsul katib vəzifəsini icra etmişdir. Alim həm də ictimai xadim kimi fəaliyyət göstərmişdir. Belə ki 1981-1985-ci illər ərzində Gəncə şəhəri, Kəpəz rayon Sovetinin deputatı seçilmişdir. [2]
Rauf İsmayılzadə 1 iyun 1994-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şəhər şöbəsinin sədri seçilmişdir. O, 1965-ci ildə AMEA-nın Mədəniyyət və İncəsənət İnstitutunun dissertantı olmuş və 1972-ci ildə sənətşünaslıq elmləri namizədi elmi adını qazanmışdır. [2]
Rauf İsmayılzadə 2015-ci ildə Gəncə şəhərində vəfat etmişdir.[1][2]
Rauf İsmayılzadə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Prezident mükafatına layiq görülmüşdür.[2]
Rauf İsmayılzadə "Azərbaycan musiqi rəngləri" - Bakı: İşıq, 1985.- 41, [3] s.