Rauf Rəcəbov

Rauf Əliheydər oğlu Rəcəbovteleaparıcı, ssenarist, kino redaktoru, prodüser,QHT sədri.

Rauf Rəcəbov
Rauf Əliheydər oğlu Rəcəbov
Doğum tarixi (55 yaş)
Doğum yeri Barzavu, Lerik rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Əliheydər Sahib oğlu Rəcəbov
Təhsili Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu
İxtisası politoloq-jurnalist
Fəaliyyəti TV yaradıcılığı
Əsərlərinin dili Azərbaycan dili
İlk əsəri Detektiv
Mükafatları  • Telejurnalistikada səmərəli fəaliyyətinə görə "Qızıl Qələm" Media mükafatı (2007),
 • "İlin jurnalisti"(2009),
"Qızıl Buta" media mükafatı (2010),
 • "İlin ən baxımlı verilişı-Sənədlı detektiv" Azərbaycan Mətbuat Şurasının diplomu (2011),
 • "Mirzə Cəlil" Media mükafati(2016),
 • Azərbaycan Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətiylə Kütləvi İnformasiya Vasitələrinin inkişafında və Bakı 2015:İlk Avropa oyunlarının təbliğində göstərdiyi xüsusi xidmətlərə görə Respublika Mədəniyyət və Turizm nazirliyi tərəfindən diplomla təltif(2015),
 • Veteranlara göstərilən müstəsna diqqət və qayğıya görə "Veteran Həmrəyliyi medalı"(2015),
 • "General Əliağa Şıxlınskı" yubiley medalı (2016)."General Həzi Aslanov" yubiley medalı (2020)

Rauf Rəcəbov 10 iyul 1969-cu ildə Lerik rayonunda anadan olub. 1990-cı ildə Natiqlik sənəti və işgüzar menecer kollecini, 1996-cı ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indi AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) bitirib. İxtisasca politoloqdur.

Rauf Rəcəbov tələbəlik illərindən yaşıdları arasında ictimai fəallığı ilə seçilmiş, ictimai işlərdə yaxından iştirak edərək hamının rəğbətini qazanmışdır. O, 1993-cü ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlamış, 2005-ci ilə qədər orada müxtəlif vəzifələrdə calışmışdır. Belə ki, 1993–1995-ci illərdə "Xəbərlər" redaksiyasında müxbir, 1995–2005-ci illərdə Televiziyanın "Səhər" musiqi-informasiya proqramında və "Xəzər"redaksiyasında şərhçi, şöbə müdiri və baş redaktorun müavini vəzifələrində işləmişdir. Rauf Rəcəbov həm də "Səhər" musiqi-informasiya proqramının yaradıcılarından biridir.

Azərbaycan Teleməkanında ilk kriminal verilişin — 1995-ci ildə Dövlət Televiziyasında yayımlanan "Kriminal xronika" müəllif verilişinin yaradıcısı və aparıcısı, İnformasiya blokadasında olan Azərbaycanın həqiqətlərini bütün dünyaya catdırmaq ücün 1996-cı ildə dünyanın 142 ölkəsində yayımlanan Türkiyənin TQRT kanalında efirə gedən "Azərbaycan bu gün" adlı proqramının yaradıcısı və müəllifi olmuşdur. Bir sıra televiziya filmlərinin o cümlədən "Terror" sənədli filminin ssenari müəllifidir.

Rauf Rəcəbov 2005-ci ildə ölkəmizdə yeni bir demokratik institut olan İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması və idarə edilməsinə cəlb edilir. İTV-nin 10 nəfərdən ibarət olan Direktorlar Şurasının üzvü olan Rauf Rəcəbov 2011-ci ilə qədər Avropa Şurasının və ölkə Prezidentinin tövsiyəsi ilə Azərbaycan teleməkanında ilk dəfə yaradılan Milli Azlıqlar ücün Verilişlər departamentinin direktoru vəzifəsində calışır. Məhz bu departamentdə hazırlanan filmlər və verilişlər vasitəsiylə Azərbaycanda əsrlər boyu qardaşlıq və dostluq şəraitində yaşayan Azsaylı xalqlar, Milli Azlıqlar və etnik qrupların adət-ənənəsi, dili-dini və mədəniyyətləri təbliğ olunurdu. Departament ləğv olunandan sonra Rauf Rəcəbov 2011–2013-cü illərdə İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktor müavini və baş redaktoru, 2013–2015-ci illərdə İctimai Televiziyanın Səhər Proqramları Departamentinin direktoru vəzifəsində işləyib.

2016-cı ilin yanvar- iyun aylarında İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktor müavini, iyun-sentyabr aylarında isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru, 2016-cı ilin sentyabr ayından 2017-ci lin iyun ayınadək İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktoru olmuşdur.

2017-ci ilin iyun ayından 2018-ci ilin sentyabr ayına qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil Departamentinin direktoru vəzifəsində fəaliyyət göstərmiş, eyni zamanda İTV-də yayımlanan "Sənədli Detektiv" verilişinin müəllifi və aparıcısı olmuşdur. 2019–2021-ci illərdə "APA-TV"nin Proqramm direktoru vəzifəsində çalışmışdır. 2021-ci ilin Mart - 2022-ci ilin oktyabr ayına kimi "Spase" Müstəqil Televiziya və Radio Şirkətinin "Hər Səhər" proqramının rəhbəri, 2022 -ci lin oktyabr-2023 cü ilin mart ayının 1-ə qədər İnformasiya xidmətinin direktor müavini vəsifələrində çalışıb.

Rauf Rəcəbov detektiv janrda olan verilişlərin, eləcə də "Azərbaycanlılar", "Bakı sirləri", "Körpü", "Ovqat", "Qanundan kənar", "Qan yaddaşı", "Bura vətəndir", "Aprel şəhidləri", Qarabağın tarixindən və acı taleyindən bəhs edən 5 seriyalı "Qarabağnamə" teleserialı, "Nəsirəddin Tusi", "Çiçək izi", "Yurdu yaşatmaq üçün", "Şəhidlər ölməz", "Bizim ellər" və s. yüzlərlə film və televiziya verilişlərinin müəllifidir. İctimai Televiziyanın qızıl fondunda Rauf Rəcəbovun müəllifi və redaktoru olduğu 1500-dən çox film və verilişlər saxlanılır.

AJB-Azərbaycan Jurnalistlər Birliyinin üzvu(1996), İFJ-Beynəlxalq Jurnalistlər Federasiyasinin üzvü(2015), Telejurnalistikada səmərəli fəaliyyətinə görə "Qızıl Qələm" Media mukafatı (2007), "İlin jurnalisti"(2009), "Qızıl Buta"media mükafatı (2010), "İlin ən baxımlı verilişı-Sənədlı detektiv", Azərbaycan Mətbuat Şurasının diplomu (2011), "Mirzə Cəlil"Media mükafati(2016), Azərbaycan Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətiylə Kütləvi İnformasiya Vasitələrinin inkişafında və Bakı 2015:İlk Avropa oyunlarının təbliğində göstərdiyi xüsusi xidmətlərə görə Respublika Mədəniyyət və Turizm nazirliyi tərəfindən diplomla təltif(2015), Veteranlara göstərilən müstəsna diqqət və qayğiya görə-"Veteran Həmrəyliyi medalı"(2015), "General Əliağa Şıxlınskı"yubiley medalı (2016).

Rauf Rəcəbov 2016-ci ildən "Azərbaycan Milli İnkişaf Layihəsi" İctimai Birliyinin İdarə Heyətinin sədridir.

Rauf Rəcəbovun rəhbəri olduğu QHT ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesində fəal iştirak edərək, ölkənin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatında mühüm əhəmiyyət kəsb edən bir çox layihələrin həyata keçirilməsinə nail olub.


              QHT-nin həyata keçirdiyi layihələr


1. Azərbaycan xalqının milli-mədəni dəyərlərinin öyrənilməsi və təbliği.                                                                                                                                                    2."Narkomaniyaya yox" adlı sosial klipin hazırlanmsı. 
                                                                                                                                                                                  3.Azərbaycanda yaşayan Milli Azlıqların və Azsaylı Xalqların tarixi, mədəniyyəti və adətləri haqqında maarifləndirici sənədli filmin çəkilişi. 
                                                                                                                                                                                              4.İnsan alverinə qarşı mübarizə təşəbbüslərinə dəstək sənədli filmin çəkilişi. 
                                                                                                                                                                                          5.Məişət zorakılığına qarşı mübarizə təşəbbüslərinə dəstək sənədli filmi.    
                                                                                                                                                                                                   6. “Ağ ölüm – narkomaniyaya qarşı mübarizə tədbirləri” marifləndirici sənədli filmin çəkilişi. 
                                                                                                                                                                             7. “ALİLİKDƏ ADİLİK...”- “Heydər Əliyev” sənədli televiziya filminin hazırlanması. 
                                                                                                                                                                        8.Aprel  şəhidlərinə (2016) həsr  olunan “Vətən uğrunda əbədiyyətə...” sənədli marifləndirici filmin çəkilişi.  
                                                                                                                                                  9.Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə təşəbbüslərinə dəstək. 
                                                                                                                                                     10.Evə Ziyarət edən Patronaj Tibb Bacıları üçün Resurs Modulları üzrə təlim paketi üçün dəstəkləyici materialların (videolar,dərslklər) hazırlanması.Avropa İttifaqı-UNİCEF. 
                                                                                                                                                                           11.Ev Ziyarətçiləri üşün Resurs Modulları üzrə Təlimçilər üçün Təlimin (TÜT) təşkili,habelə Ev Ziyarətçiləri üçün Erkən Yaş Dövründə Uşaqların İnkişafı və Resurs Modullar üzrə onlayn təlimlərin təşkili. Avropa İttifaqı-UNİCEF.  
                                                                                                                                                                                                           12.Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda həssas təbəqədən olan uşaqlar üçün icma və ailə əsaslı inteqrasiya olunmuş sosial xidmətlərin inkişafı” Proqramı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaqlara Yardım fondu (UNİCEF)-in Azərbaycan nümayəndəliyi və “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Şirvan şəhərində Universal və Mütərəqqi Evə Ziyarət modelinin tətbiqi” üzrə pilot layihə.   
                                                                                                                                                                     13.“Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına həsr edilən “Məişət zorakılığı:ailəmizi qoruyaq!” adlı layihə çərçivəsində “Tərk edilmişlər”  maarifləndirici filmin hazırlanması.     
                                                                                                                                                                                                                            14.“Milli-mənəvi dəyərlərin qorunması və təbliğinə həsr edilən “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” layihəsi çərçivəsində “Dünyaya örnək-örnək dünyası:Azərbaycan...”adlı filmin hazırlanması.


https://www.youtube.com/@raufrajabov832

  1. "Narkobaronun həbsi"
  2. "Ağ ölüm tranziti"
  3. "İnsan alveri"
  4. "Xosrov Əfəndiyevin bandası"
  5. "Sınmış talelər"
  6. "Narkobaronun həbsi"
  7. "Genefondumuzun keşiyi naminə"
  8. "Telefon terroru"
  9. "Erkən nigahlar"
  10. "Qohumlar arasında qətllər"
  11. "Korrupsiya"
  12. "Hövsan işi"
  13. "Uşaq əməyi"
  14. "Narkomaniya"
  15. "Sosial şəbəkələr"
  16. "Qarışıq nigahlar"
  17. "Vətəndaş nigahları"
  18. "Pəncəli aslan"
  19. "Qatarda qətl"
  20. "Sumqayit işi"
  21. Azərbaycanlılar (veriliş, 2005)
  22. Bura vətəndir (film, 2006)
  23. Qarabağın tarixindən və acı taleyindən bəhs edən 5 seriyalı "Qarabağnamə" teleserialı.
  24. Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018)