Raymund Bado (mac. Badó Rajmund; 15 avqust 1902, Budapeşt – 31 dekabr 1986, Nyu-York, Nyu-York ştatı) — macar Yunan-Roma güləşçisi, Avropa çempionu.
Raymund Bado | |
---|---|
mac. Badó Rajmund | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 15 avqust 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 31 dekabr 1986 (84 yaşında) |
Vəfat yeri | |
İdman növü | idman güləşi[d] |
Raymund Bado 1902-ci ildə Budapeştdə anadan olmuşdur. 1924-cü ildə cavan olmasına baxmayaraq, o, Olimpiya yığmasına daxil edilmişdi və Paris Olimpiya Oyunlarında 82,5 kq-dan yuxarı çəki kateqoriyasında gümüş medalı qazanmışdır. 1925-ci ildə o, Avropa Çempionatının gümüş medalını qazana bilmişdir və 1927-ci il Avropa Çempionatında birinci yeri tutdu. 1928-ci ildə o, Amsterdam Olimpiya Oyunlarında iştirak etdi, amma orada yalnız altıncı oldu.
1934-cü ildə Raymund Bado Misirə köçdü və orada məşqçi kimi fəaliyyət görməyə başladı. Onun sonrakı həyatı haqqında məlumat demək olar ki yoxdur.