Bu məqaləni vikiləşdirmək lazımdır. |
Re-S sistemində alınan ərintilər
Hazırda renium sulfidlərinin alınması üçün bir neçə üsul var. Re-S sistemində aşağıdakı tərkibli sulfidlərin olduğu məlumdur: Re-S, Re2S3, ReS2, Re2S5, ReS3 və Re2S7. Bütün sulfidlərin yalnız ReS2-ni komonentlərdən birbaşa sintez yolu ilə alınır. Qalan sulfidlər əlavə üsullarla alınır. Reniumun ən davamlı sulfidi ReS2-dir. [2]-də renium disulfidi havasız ampulalarda elementlərdən birbaşa sintez yolu ilə, [3–4]-də isə yüksək sulfidlərin dissosasiyası nəticəsində alınmışdır. Bu birləşməni həm də metal reniumu [4] və renium oksidini (ReO2) sulfidləşdirmə yolu ilə də almaq mümkündür [4]. ReS2 – qara rəngli toz şəklində sıxlığı 7.506 q/sm3 olan maddədir. Havada davamlıdır. H2SO4, HCl turşusunda və qələvilərdə həll olmur. ReS2 –ni havada 200ºC-də qızdırdıqda oksidləşməyə başlayır, 270–300ºC-də isə alovlanaraq renium oksidi və kükürd əmələ gətirir. ReS2-nin kristal quruluşunun MoS2 tipli heksoqonal olduğu bildirilir. Müəyyən edilmişdir ki, ReS2-i p-növ yarımkeçirici olub, müqaviməti 103 Om.sm, qadağan olunma təbəqəsinin eni 1.33 ev. 110–130ºC-də ReS2-nin aktivləşmə enerjisi 0.2 ev, daha yüksək temperaturda isə 0.5 ev-a bərabərdir, 170–500ºC intervalında ReS2 diamaqnit xassəsinə malikdir, fotoelektrokimyəvi xassələri var [4–6] Renium heptasulfid Re2S7-i hidrogen sulfidi uzun müddət ərzində turş (1–4 HCl) perrenat məhlulundan və ya qaynar perrenat kalium və natrium tiosulfat üzərindən keçirməklə almaq olar. Re2S7 – tünd, demək olar ki, qara rəngli maddə olub, sıxlığı d=4.87 q/sm3. Suda çətin həll olur. Azot turşusu, bromlu su və hidrogen peroksiddə asan həll olur. Bir çox üzvi həllediciləri, o cümlədən benzol və toluolu udma qabiliyyəti var. Re2S7 – çətin kristallaşır. Re2S7 – birləşməsinin rentgenoqrammasını almaq ilk dəfə Bils və Vıbke aiddir. Məlumdur ki, Re2S7 tetraqonal quruluşda kristallaşır, qəfəsə parametrləri a=13,7 Å, c=10.24 Å, Z=10 Å.
Re2S7 ↔ 2ReS2 + 3S
Re2S7→ReS3→Re2S5→ReS2
Yuxarıda göstərilənlərdən aydın olur ki, bütün bu üsullarla alınan renium birləşmələri kütlə və yaxud toz şəklində olurlar. Hazırda sənayenin bir çox sahələrində renium xalkogenidlərindən nazik təbəqə şəklində istifadə olunur. Ona görə də göstərilən üsul ilə alınan birləşmələri nazik təbəqə şəklinə salmaq üçün əlavə əməliyyatlar tələb olunur. Bununla əlaqədar elektrokimyəvi üsul ilə keçirici materiallar üzərində nazik təbəqə şəklində renium xalkogenidlərinin alınması xüsusi əhəmiyyətə malikdir.
Re-S ərintisni elektrokimyəvi üsulla almaq üçün sulfat və tiosulfat məhlullarından istifadə olunmuşdur [7–8]. Potensiostatik metodla və tsiklik polyarizasiya əyriləri çəkilmişdir renium ilə kükürdün həmin məhlullardan birgə çökmə prosesinin mexanizmi öyrənilmişdir. Məhlulun pH-nın, temperaturun, cərəyan sıxlığının, komponentlərin cəm qatılığının, ayrı-ayrı komponentlərin qatılığının ərintilərin tərkibinə təsiri öyrənilmişdir. Müəlliflər [7–8] tərəfindən müəyyən edilmişdir ki, renium ilə kükürdün birgə çökmə prosesi zamanı elektrod üzərində sərbəst kükürd ayrılır və alınan kükürd məhluldakı renium ionları ilə reksiyaya girərək renium-kükürd əmələ gətirir.
Re-S ərintilərinin nazik təbəqələri, müxtəlif məmulatları korroziyadan qoruyaraq, onların maşınqayırma, energetika, avia, raket və gəmiqayırma, cihazqayırma, radiotexnika, mikroelektronika, santexnika, tibb, zərgərlik və sənayenin digər sahələrində işləmə müddətini 10 və 100 dəfələrlə artmasına imkan yaradır.