Re-Se sistemində alınan ərintilər

Re-Se sistemində alınan ərintilər

Re-Se sistemi[redaktə | mənbəni redaktə et]

Renium ilə Se arasında müxtəlif tərkibli birləşmələr alınır.Belə ki, renium-selenid üçün aşağıdakı birləşmələr məlumdur: Re2Se7 (hepta selenid), ReSe2 (diselenid), ReSe (monoselenid), Re3Se2. Re2Se7 – KReO4 və potaş qarışığı üzərindən H2Se keçirməklə almaq olur. Potaş ona görədir ki, reaksiya nəticəsində əmələ gələn artıq seleni birləşdirsin. Re2Se7 – qara rəngli toz halında olub, spirt və digər üzvi həllediciləri udma qabiliyyətinə malikdir. ReSe2 – ilk dəfə Re2Se7-ni vakuumda 330ºC-də 9 saat müddətində qızdırmaqla almışlar: Re2Se7 → 2ReSe2 + 3Re Müəlliflər renium diselenidin alınması üçün quru H2Se-nin metal reniumla və yaxud ammonium perrenata təsiri ilə alınma üsulunu təklif etmişlər. Hər iki halda temperatur 700ºC-dir. Re+H2Se=ReSe2+2H2 2NH4ReO4+7H2Se=2ReSe2+2NH3+8H2O+3Se Renium diselenid hidrogen mühitində 400ºC-yə qədər qızdırıldıqda davamlıdır, sonra temperatur yüksəldikcə ondan selen ayrılmağa başlayır, 900ºC-də və ondan yüksək temperaturda selen tamamilə ayrılır, təmiz metallik reniuma çevrilir. Renium selenidin əmələ gəlməsi rentgenoqrafik tədqiqat nəticəsində də təsdiq edilir. Renium monoselenid ReSe, renium xlorselenid ReSeCl2 ilə hidrogen təsirindəbn 490-500ºC-də alınır. Re3Se2 tərkibli selenid, renium halogen selenidin Re3Se2H5(H-Cl, Br) hidrogen mühitində 400-410ºC-də qızdırmaqla alınır. Reniumun hallogen xalkogenidlərinin hidrogen mühitində qızdırmaqla reaksiyalarının termoqrafik və termoqravilitrik öyrənilməsi göstərir ki, onlar aşağıdakı kimi gedir: ReSeCl2+H2=ReSe+2HCl ReX2Г5+2.5H2=Re3X2+5HГ Beləliklə, renium halogenxalkogenidlərinin hidrogen ilə təsirindən yeni renium selenid və telluridləri alınmışdır. Ədəbiyyatda Re-Se sisteminin selenin qatılığının 50-75% intervalında rentgenoqrafik quruluşu öyrənilmişdir. Bu məqsədlə aşağıdakı tərkibdə birləşmələr sintez edilmişdir: ReSe (50 atm.%Se); ReSe2 (66.6 atm.%Se); Re2Se5(71.43 at%Se); ReSe3(75 atm.%Se). Rentgenoqrafik analizin nəticələri göstərir ki, öyrənilən sistemdə yalnız bir faza – ReSe2 var. ReSe və Re3Se2 tünd boz rəngli amorf, toz şəkilli olub, suda və üzvi həlledicilərdə həll olmur. ReSe2 – qara rəngli, toz şəklində olub, heç bir iyi yoxdur, piknometrik analizə görə sıxlığı 8.27 q/sm3-dur. ReSe2 – havada davamlıdır, qızdırdıqda hidrogen peroksiddə və azot-sulfat turşusu qarışığında tamamilə həll olunur. Qatı HCl –da həll olmur, 25%-li ammiakda və etil spirtində həll olmur. ReSe2 – azot, sulfat turşusunda və çar arağında qızdırdıqda da həll olmur. HNO3+H2O2 qarışığında isə hətta soyuq halda da həll olmağa başlayır, qızdırdıqda isə həll olma şiddətlənir.

Re-Se sisteminin elektrokimyəvi üsulla tədqiqi[redaktə | mənbəni redaktə et]

Re–Se sistemi eyni zamanda elektrokimyəvi üsulla da tədqiq edilmişdir. Sulfat və qələvi məhlullarından renium və selenin birgə elektrolitik çökməsi katod üzərində reniumun reduksiyasına təsir edən ikivalentli selen ionlarının qatılığından asılıdır. Aparılan təcrübələr əsasında sulfat, xlorid-sulfat və qələvi elektrolitlərindən yaxşı keyfiyyətli, yarımkeçirici xassəyə malik renium-selen ərintilərinin alınması üçün optimal şərait və elektrolitin tərkibi seçilmişdir.

Re-Se ərintilərinin tədbiqi[redaktə | mənbəni redaktə et]

Re-Se sistemində alınan ərintilər yarımkeçiricilər texnikasında elektronikada və fotoelektronikada geniş tədbiq edilir. ReSe2-n-butanın divinilə dehidratasiyası prosesində (650ºC-də) aktiv katalizator rolunu oynayır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Оболончик А.А., Федоров В.Е., Лобков Е.У. «Новые селениды и теллу¬риды рения» //Изд-во АН СССР, Неорг. матер., 1971, т.1, №2, с. 144-146.
  2. Bob L., Wheler K. Photoelectrochemistry of p-ReS2 and p-ReSe2 in aqueous solutions //J.Electrochem. Soc. 1986, v.133, № 2, p.358–361.
  3. Salakhova E.A. Electrochemical Production of Thin Films of System Rhenium –Selenium Alloys //Thev Journal "Inorganic Materials", 2003, v. 39, p.142–146.
  4. Салахова Э.А. Совместное восстановление рения и селена в сернокислых растворах. Азерб. Хим. журн. 1999, №3, с.9-12.
  5. Салахова Э.А. «Электрофизические свойства тонких пленок ReSe2 и Re2Se7». Азерб.хим.журн.2002, №1, с.77-81.