Re-Te sistemində alınan ərintilər

Re-Te sistemində alınan ərintilər

Re-Te sistemi (ReTe2, Re2Te5, Re2Te7)[redaktə | mənbəni redaktə et]

Hal-hazırda elm və texnikada telluridlər əsasən təbəqə şəklində istifadə edildiyindən, kütlə və ya toz şəklində alınmış birləşmələrin üzərində daha əlavə təcrübələr aparmaq lazımdır ki, bu da müxtəlif cihazların, əlavə təcrübə və reaktivlərin sərf olunmasına gətirib çıxarır.

Bununla əlaqədar olaraq renium-telluridlərin nazik təbəqələrinin müxtəlif əsaslar üzərində alınması aktual məsələlərdən biridir.

Renium və onun ərintilərinin alınması üçün müxtəlif üsullar mövcuddur. Re-Te sistemində aşağıdakı birləşmələr var: Re2Te, ReTe2, Re2Te5, Re3Te, Re2Te7 . Re–Te sistemi öyrənilmiş və ReTe2 birləşməsini komponentlərin stexiometrik miqdarının havası çıxarılmış, ucu lehimlənmiş kvars ampulada 20 gün müddətində 7000C temperaturda qızdırmaqla alırlar. Nümunələri xırdaladıqdan sonra müxtəlif temperaturlarda (500–11000C) yandırırlar, sonra həm buzlu suda, həm də havada soyudurlar. Müəlliflər güman edirdilər ki, ReTe2-nin kristal qəfəsi rombikdir və qəfəs parametrləri aşağıdakı kimidir: a= 12,987 ± 0,007, b= 13,055 ± 0,008, c= 14,271 ± 0,008 Å.

Termiki və mikroquruluş analizlərinə görə 1000±50C ərimə temperaturuna malik konqruyent əriyən birləşmə Re2Te7 (29% Re) əmələ gəldiyi ehtimal olunur. 30–50% tərkibli termofaza oblastında termiki effektin tədqiqi və onların mikrobərkliyinə əsasən 968±50C peritektik inkonqruyent əriyən Re2Te5 (37% Re) birləşməsinin olduğu ehtimal olunur.

Renium-tellur sistemi eyni zamanda T. X. Qurbanov, R. A. Dovlyətşina və b. tərəfindən də geniş tədqiq edilmişdir. Aparılan tədqiqat işində renium və tellurun qarşılıqlı təsiri bütün qatılıq intervalında öyrənilmişdir.

Nümunələr komponenlərin havasızlaşdırılmış (qalıq təzyiqi 10–3 mm c. süt.) kvars ampulada 3500C-də 250 saat müddətində əridilməklə alınmışdır. Alınmış nümunələrin rentgen faza analizi tədqiq edilmiş, bərkliyi ölçülmüş, xüsusi elektrikkeçiriciliyi və termo e.h.q. öyrənilmişdir. Əldə edilən nəticələrə əsasən tellur və renium arasındakı mürəkkəb kimyəvi qarşılıqlı təsir müəyyən edilmişdir. Tərkibində 33,3 at.% Te olan ərinti peritektik növlü birləşmədir – Re2Te. Dəyişən tərkibli 900 və 9700C-də yüksək konqruyent ərimə temperaturuna malik birləşmə 43–47 at.% Te və 66,6–72 at.% Te olan ərintilərdir.

Mikrobərkliyin ölçülməsi göstərir ki, 66,6–72 at.% Te – 150 kQ/mm2; 43–47 at.% Te – 466 kQ/mm2. Tərkibində 66,6 at.% Te olan nümunələr gümüşü-boz rəngli, 33,3 at.% Te olan nümunələr isə boz-qara rəngli tozşəkilli ərintilərdir.

Ədəbiyyata görə elementar telluru Re ilə 4500C temperaturda qızdırdıqda ReTe2 əmələ gəlir. Re2Te H4ReO4, Te və (COONH4)2 qarışığının bağlı farfor qabda qızdırılması nəticəsində ayrılmışdır. Proses 5000C temperaturda 0,5 saat müddətində aparılmışdır. Alınan boz rəngli reaksiya məhsulu 20%-li KOH məhlulu və su ilə yuyulmuş, sonra 2000C-yə qədər qurudulmuşdur. ReTe2 hidrogen atmosferində 4500C-də əriyir, vakuumda 6000C-dən yuxarı temperaturda isə parçalanır, bu zaman tellurla yanaşı havanın da iştirakı nəticəsində Re2O7 əmələ gəlir.

ReTe2-in H2 qazı ilə birləşməsi isə Re və H2Te əmələ gətirir.

Re-Te sisteminin elektrokimyəvi üsulla tədqiqi[redaktə | mənbəni redaktə et]

Renium-tellur sisteminin elektrokimyəvi yolla tədqiqi Şaripova və Songina tərəfindən civə elektrodu üzərində öyrənilmişdir. Daha doğrusu, renium (VII) məhluluna tellurun (IV) əlavə edilməsi ilə civə elektrodu üzərində elektrokimyəvi proseslər tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, reniumun (VII) verilmiş məhlulunda, –0,35–0,8 V potensialda, bir dalğa müşahidə edilir. Lakin məhlula tellur (IV) əlavə edildikdə, –0,7 V potensialda maksimum dalğa müşahidə edilir ki, həmin maksimum nə tellur, nə də renium üçün ayrılıqda müşahidə edilmir. Tədqiqatlar nəticəsində reniumun tellurun çökməsinə katalitik təsiri aşkar edilmişdir.

İlk dəfə olaraq Re-Te sistemi Salahova E. Ə. tərəfindən xlorid-sulfat, xlorid-borat elektrolitlərdə tədqiq edilmişdir.

Elektrokimyəvi yolla alınmış renium-tellur ərintilərinin bir sıra fiziki və elektrofiziki xassələri tədqiq edilmişdir. Renium-tellur ərintisi əsasında diod quruluş yaradılmış, onun dinamiki və statik voltamper xarakteristikaları öyrənilmişdir.

Re-Te ərintilərinin tədbiqi[redaktə | mənbəni redaktə et]

Hal-hazırda elm və texnikanın elə bir sahəsini tapmaq mümkün deyil ki, orada metalların və ərintilərinin elektrokimyəvi çökdürülməsi üsulundan istifadə edilməsin. Ona görə də bütün bunları nəzərə alaraq, müxtəlif metallar üzərində renium-tellur ərintilərinin örtük şəkilli nazik təbəqələrinin alınması üçün elektrokimyəvi üsulun işlənib hazırlanması perspektivli hesab edilir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Опаловский А.А., Федоров В.Е., Лобков Е.У. "Синтез и рентгенографическое исследование теллуридов вольфрама и рения"// Жур. неорг. матер. 1970, № 3, том VI, стр. 561–563.
  2. Опаловский А.А., Федоров В.Е., Эренбург Б.Т., Лобков Е.У., Васильев Я.В. "Новые данные о теллуриде рения"// Жур. физич. химии, 1971, № 8, с. 2110–2114.
  3. Курбанов Т.Х., Довлятишна Р.А. и др. "Система Re-Te" //Жур. неорг. химии, 22, 1977, с. 1137–1139.
  4. Montignie E. Uber einige Telluride: Ga2Te3, Ga2Te, ReTe2 und Re2Te. // Z. Anorgan. und allgem. Chem., 1969, v.366, No 1–2, p. 111–112.
  5. Сонгина О.А., Шарипова Н.С. "О каталитическом восстановлении селена (IV) на ртутном капающим электроде" //III Всесоюз. совещ. по химии и технологии халькогенов и халькогенидов, г. Караганда, 1986, с. 295
  6. Salakhova E. A. Receiving thin films Re–Te from chloride-sulfate electrolyte and the influence of the various factors on composition of alloys //Chemical industry today, 2008, No.6, 43–47.
  7. Салахова E. A. "Электроосаждение тонких покрытий сплавами рений-теллур из хлоридно-боратного электролита" // Журн. Электрохимия 2011, № 8, выпуск 47, с 938–943.