Reaktiv artrit

Reaktiv artrit – aseptik iltihabi artrit; 1– 4 həftə əvvəl urogenital və qastrointestinal infeksiya olur; konkret infeksiya ilə əlaqə var, amma oynaq boşluğunda infeksion amil aşkar edilmir. Əsasən 20–40 yaşda olur, urogenital forma daha çox kişilərdə olur. Artrit adətən asimmetrik, oliqoartritik olub, çox vaxtı aşağı ətrafların iri oynaqları zədələnir. Dəyirmi balanit və blennorragik keratodermiya çox xarakterikdir. HLA-B27 pozitivliyində oynaqdan kənar əlamətlər (dəri, göz, entezit) olur. Proqnoz əlverişlidir, ancaq 10–20% xroniki gediş, immunosupressiv müalicəyə ehtiyac olur.[3]

Reaktiv artrit
XBT-10-KM M02.30, M02.10, M02.3, M02.1, M02.8
XBT-9-KM 099.3[1][2], 711.30[1][2], 711.3[1][2], 711.40[2]
DiseasesDB 29524
MedlinePlus 000440
MeSH D016918
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. 1 2 3 Disease Ontology (ing.). 2016.
  2. 1 2 3 4 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. F. Y. Talıbov, N. T. Zamanov, G. R. Ələkbərova, N. R. Abdullayeva. Revmatologiya (Terminlər, anlayışlar). Bakı, "Elm və təhsil", 2022

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]