Bu məqaləni vikiləşdirmək lazımdır. |
İmpulsun saxlanma qanunu özünün ən mühüm praktik tətbiqini reaktiv hərəkətdə tapmışdır. Cismin bir hissəsi ondan ayrılaraq hər hansı sürətlə hərəkət etdiyi zaman cismin özünün əks istiqamətdə hərəkət alması reaktiv hərəkət adlanır.
Reaktiv hərəkətə tüfəngin təpməsini, raketlərin, reaktiv təyyarələrin hərəkətini misal göstərmək olar.
Yanacaq və oksidləşdirici kameralarında yanma kamerasına daxil olan maddələr reaksiyaya girdiktən sonra yanma nəticəsində yüksək tempraturlu və yüksək təzyiqli qazlar əmələ gəlir. Bu qazlar raketin soplusundan raketə nəzərən U axın sürəti ilə xaricə çıxır. Nəticədə raket əks istiqamətdə v sürəti ilə hərəkət edir. Yerlə bağlı koordinat sistemində startdan əvvəl raket Yerə nəzərən sükunətdə olduğundan impulsu sıfıra bərabərdir. Raket işə salınandan sonra da ümumi impulsu sıfra bərabər olmalıdır. M- raketin örtüyünün kütləsi, m- isə raketin soplosundan çıxan qazın kütləsi olsun. Onda impulsun saxlanma qanununa görə yaza bilərik:
Mv+mU=0 Mvy+mUy=0 Mv – mU=0 v=m/M*U
Yəni raketin örtüyünün sürəti, qazın sürəti ilə qazın kütləsinin raketin örtüyünün kütləsinə olan nisbəti hasilinə bərabərdir.