Rebeka Koha (latış. Rebeka Koha 19 may 1998, Vеntspils) — 58 kq-a qədər çəki dərəcəsində çıxış edən, Latviya ağır atletika üzrə idmançısı. İki qat Avropa çempionu (2018 və 2019). Dünya və Avropa çempionatlarının medalçısı. Rio-de-Janeyrodakı 2016 Yay Olimpiya Oyunlarının iştirakçısı. Rebeka Koha hal-hazırda 59 kq çəki dərəcəsində ağır atletikanın təkanla və birdən qaldırma üzrə Dünya və Avropa rekordlarının sahibidir[1][2].
Rebeka Koha | |
---|---|
latış. Rebeka Koha | |
Doğum tarixi | 19 may 1998 (26 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | ağır atlet |
Rebeka Koha 19 may 1998-ci ildə Latviyanın Ventspils şəhərində anadan olmuşdur. 12 yaşında ağır atletika ilə məşğul olmağa başlamışdır. Hal-hazırda Riqa Stradins Universitetinin tələbəsidir.
Gənclər arasında Avropa və Dünya çempionudur.
2014-cü ildə böyüklər arasında ilk debütunu etmişdir. 2014 Avropa çempionatında 48 kq-a qədər çəki dərəcəsində 7-ci olmuşdur.
Rio-de-Janeyrodakı Olimpiya Oyunlarının iştirakçısıdır. 53 kq-a qədər olan kateqoriyada Rebeka Koha yarışın bürünc mükafatçısı Yun Jin Heeyə yalnız 2 kq uduzaraq dördüncü olur. 2016-cı ildəki Yay Olimpiya Oyunlarında 53 kq çəkidə dördüncü olması ilə əlaqədar 2016 Yay Olimpiya Oyunlarında çıxışından sonraLatviyanın İlin Yüksələn Ulduzu olaraq seçilir.
2018-ci il noyabr ayının əvvəlində Aşqabadda 59 kq-a qədər çəki dərəcəsində Dünya Çempionatında 227 kq çəki qaldıraraq bürünc medal qazanır. Eyni zamanda təkanlıa qaldırmada da (103 kq) bürünc medal əldə edir.
2019-cu ildə Avropa çempionatında Rebeka qitə çempionatındakı ən yüksək nailiyyətini yenidən təkrarlayır və 221 kq çəki qaldıraraq qızıl medal qazanır. Digər ikin nominasiyada da iki qızıl medal əldə edir.
2020-ci ilin yazında, Rebeka Koha Qətər diskatma üzrə idmançısı Moaz Mohammed İbrahim ilə nişanlandığını elan etmişdir.
2020-ci ilin iyul ayında o, İnstaqram səhifəsində islamı qəbul etdiyini elan edir. Bu yazıdan sonra əvvəllər yayımladığı bütün fotoları silir və onların yerinə hicablı dörd yeni şəkil yayımlayır[3].