Recep İvedik 7 — Cielo Medya imzalı, 9 dekabr 2022-ci ildə Disney±da nümayiş etdirilən[1], rejissoru Togan Gökbakar, ssenarisi Şahan Gökbakarın yazdığı, baş rollarda Şahan Gökbakar, Öznur Sərçələr və Nurullah Çələbinin oynadığı türk komediya filmi. Recep İvedik film seriyasının yeddinci filmidir.[2][3]
Recep İvedik 7 | |
---|---|
türk. Recep İvedik 7 | |
Janr | Komediya |
Rejissor | Togan Gökbakar |
Əsərin müəllifləri |
Togan Gökbakar Şahan Gökbakar |
Baş rollarda |
Şahan Gökbakar Öznur Serçeler Nurullah Çelebi |
İstehsalçılar |
Şahan Gökbakar Togan Gökbakar Çağrı Özeren |
İlk baxış tarixi | 9 dekabr 2022 |
Filmin növü | Disney+ filmi |
Müddət | 133 dəqiqə |
Ölkələr | Türkiyə |
Dil | türkcə |
İl | 2022 |
Əvvəlki film | Recep İvedik 6 (film, 2019) |
IMDb | ID19759204 |
Recep İvedik şəhərdə yaşamaq baha başa gəldiyindən həyat şəraiti pisləşincə İstanbulu tərk edərək kənddəki nənəsinin evində yaşamağa qərar verir. Kəndə gələndə öyrənir ki, düz kəndin üzərində layihə tikmək planlaşdırılır və təbiətə də ziyan vuracaq. Dostu Nurullah və qonşusu Büşra ilə birlikdə layihənin qarşısını almaq və kəndi xilas etmək üçün işə başlayırlar.[4][5]
"Sabah" qəzetinin yazarı Melih Altınok filmin Şahan Gökbakarın siyasi tvitlərindən ibarət olduğunu və dialoqlarda "Sözcü" qəzetinin manşetlərinin yer aldığını bildirib.[6]
Müğənni, rejissor, ssenarist və aktyor Mahsun Kırmızıgül isə Recep İvedik 7-dən Kemal Sunal filmlərinin dadını aldığını bildirib və filmlə bağlı böyük müzakirələrə səbəb olub.[7]
Jurnalist Ahmet Hakan filmi "Eyni sadəlik, eyni kobudluq, eyni səthilik, eyni alt-para yumor, eyni incəlik, eyni təkəbbür, eyni ədəbsizlik, eyni keyfiyyətsizlik" sözləri ilə tənqid edib.[8]
Filmdə Türkiyə iqtisadiyyatı ilə bağlı tənqidlərə bəzi izləyicilər reaksiya verib.[9]