Redaktor – nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssis[1]
Redaktor-mütəxəssisin vəzifəsi isə konkret materiallarla işləmək, onları təkmilləşdirməkdən ibarətdir.
- Redaktor redaksiyada redaktə prosesini həyata keçirən əməkdaşdır;
- Redaktor müəyyən bir nəşrə (kitab, jurnal, qəzet və s.) rəhbərlik edən, onun məzmununu və istiqamətini müəyyən edən mütəxəssisdir,
- Redaktor mətni çap üçün işləyib hazırlayan və ya nəşri tərtib edən şəxsdir.
- elmi, ədəbi, bədii və s. materialı redaktə edib çapa hazırlayan şəxs;
- hər hansı bir əsərin nəşrinə, əsərlər külliyyatının toplanıb çapa hazırlanmasına rəhbərlik edən şəxs;
- dövri mətbuatın (qəzet, jurnal və s.) məzmun və buraxılışına məsul şəxs"[2].
Redaktor-rəhbərin vəzifələri strateji məsələlərin (nəşrin siyasətinin müəyyənləşdirilməsi, ümumi rəhbərlik) həllini əhatə edir. Redaktor-mütə-xəssisin vəzifəsi konkret materiallarla işləmək və onları təkmilləşdirməkdir. Redaktor-mütəxəssis nəşri praktik olaraq çap üçün hazırlayan mütəxəssisdir, peşəkardır. Onun bilik və bacarıqları ilkin halda qeyri-mükəmməl olan materialı cilalamağa, yenidən işləyib hazırlamağa, daha da yaxşılaşdırmağa imkan verir. Bununla da o, həm müəllifə köməklik göstərir, həm də nəşrin gələcək oxucusunun qayğısına qalır.
Qısaca desək, biz "redaktor" anlayışı altında praktik olaraq nəşri çap üçün hazırlayan peşəkar mütəxəssisi nəzərdə tuturuq. Əlyazmanın müəlli-finə kömək edən və onun gələcək oxucusunun qayğısına qalan həmin mütəxəssis, yəni redaktor öz biliyi və bacarıqları sayəsində qeyri-mükəmməl materialı cilalayır, yenidən işləyib hazırlayır, daha da yaxşılaşdırır.
Belə demək mümkündür ki, yazı yazan hər bir kəs müəyyən mənada özü özünün redaktorudur. Çünki müəllif üçün ən birinci və ən ciddi tənqidçi elə müəllifin özü olmalıdır — müvəffəqiyyətin sirri (rəhni) də elə bundadır!.. Əgər özünütənqid və özünüredaktə müəllif üçün hər hansı bir əsərin yaradılması mərhələsində normaya və qaydaya çevrilərsə, əgər müəllif öz mətnlərinin üstünlüklərini və çatışmazlıqlarını görməyi bacararsa və bu mətnləri daha yaxşı düzəltməyi öyrənərsə, yaradıcılıq sahəsində onun uğur qazanmaq imkanları (şansları) daha əhəmiyyətli dərəcədə artacaqdır.
- İş stajına tələblərin təqdimatı olmadan ən yüksək peşə təhsili;
- Redaktorun bilik, bacarıq və peşə vərdişlərinin əsas istiqamətləri müvafiq ali məktəbin tədris proqramı ilə müəyyənləşdirilir.
Redaktor bu işləri həyata keçirməyə məsuldur:
- Nəşrlərin yüksək elmi və ədəbi səviyyəsinin təminatı məqsədilə redaksiya-nəşriyyat bölməsi tərəfindən buraxılan elmi və metodik ədəbiyyatın, informasiya və normativ materialların redaktəsinə;
- Müəlliflərlə nəşriyyat müqavilələrinin və kənar rəyçilərlə əmək razılaşmalarının hazırlığında iştirak edir, onların əlyazmalarını və rəylərini nəzərdən keçirməyə;
- Əlyazmanın təqdim edilmiş şəkildə və ya təklif edilən düzəlişlər, əlavələr, ixtisarlar nəzərə alınaraq yenidən işlənib tamamlandıqdan sonra nəşri imkanları haqqında qərar verməyə;
- Əlyazmaların nəşrindən imtina edilməsi hallarında müqavilədə müəyyən edilmiş müddətdə əsaslandırılmış yazılı imtina cavabı hazırlamağa;
- Nəşrə qəbul edilmiş əlyazmaları redaktə etməyə, bu halda müəlliflərə əlyazmaların strukturunun daha da yaxşılaşdıdırlması, terminlərin seçilməsi, illüstrasiyaların tərtibi və s. üzrə lazımi köməklik göstərməyə, məsləhət görülən dəyişiklikləri onlarla razılaşdırmağa;
- Redaktə prosesində rəyçilərin qeydlərinin, əlyazmanın işlənilib tamamlanması üçün verilən tələblərin, təqdim edilmiş materialın komplektliyinin, əlyazmanın bölmələrinin adlarının onların məzmununa uyğunluğunun, həmçinin elmin, texnikanın və qabaqcıl istehsalat təcrübəsinin ən yeni nailiyyətlərinin işdə nə qədər əks etdirilməsinin müəlliflər tərəfindən yerinə yetirilməsini yoxlamağa;
- Gətirilən sitatların və rəqəmli məlumatların, adların, elmi-texniki terminlərin, ölçü vahidlərinin istifadəsinin və yazılışının düzgünlüyünü, nəşrin soraq aparatının tərtibini, gətirilən simvolların standartlarla müəy-yənləşdirilmiş və ya elmi və normativ ədəbiyyatda qəbul edilmiş işarələrə uyğunluğunu ilkin mənbələrə əsasən yoxlamağa;
- Əlyazmaların lazımi ədəbi redaktəsini həyata keçirməyə;
- Əlyazmanın redaktor pasportunu təşkil edir, texniki redaktora, korrektora, yığıcıya (mürəttibə) göstərişlər və izahlar verməyə;
- Haşiyələri, dublikatları, işçi mündəricatını hazırlamağa;
- Müəlliflə və texniki redaktorla birgə əyani materialları (illüstrasi-yaları) nəzərdən keçirir, nəşrdə onların yerini müəyyənləşdirir, qrafiklərin və klişenin vaxtında hazırlanması üçün bədii redaktora təqdim etməyə;
- Redaktə edilən nəşrlərin bədii və texniki tərtibatı ilə bağlı məsə-lələrin həllində iştirak edir;
- Əlyazmaları istehsala imzalamağa, korrektura nüsxələrini yenidən gözdən keçirməyə və buraxılışdan əvvəl siqnal nüsxələrini yoxlamağa;
- Aşkar edilmiş səhvlərin siyahısını tərtib etməyə məsuldur[3].
Redaktor bu məsələləri bilməlidir:
- Qanunverici və normativ-hüquq aktları, elmi-metodik ədəbiyyatın, informasiya və nonnativ materialların redaktəsi metodlarını, rəqəmlərin, düsturların, simvollarm, illüstrasiyaların redaksiya işlənməsini, nəşrin soraq aparatının tərtibi qaydasını;
- Uyğun olan bilik sahəsində elmin və texnikanın yerli və xarici nailiyyətlərini;
- İstehsala təhvil verilən əlyazmaların hazırlanması, korrektura nüsxələrinin çapa verilməsi qaydalarını;
- Standart korrektura işarələrini;
- Terminlərə, işarələrə və ölçü vahidlərinə dair dövlət standartlarını;
- Qüvvədə olan şərti ixtisarları, xarici dillərdə olan biblioqrafiyada tətbiq edilən şərti ixtisarları;
- Azərbaycan dilinin qrammatikasını və üslubiyyatm;
- Müəllif hüququnu;
- Redaktəyə dair qüvvədə olan normativləri;
- Müəlliflərlə nəşriyyat müqavilələrinin, rəyçilərlə əmək müqavilə-lərinin bağlanması qaydalarını;
- Nəşriyyat işinin iqtisadiyyatım;
- Poliqrafiya istehsalı texnologiyasının əsaslarını;
- Poliqrafiya istehsalının iqtisadiyyatını və təşkilini;
- Əməyin təşkilinin və əmək qanunvericiliyinin əsaslarını;
- Əməyin mühafizəsi qaydalarım və normalarını[4].
- ↑ "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikasının Qanunu: 30 may 2000-ci ildə qəbul olunmuşdur; № 887-İQ // "Azərbaycan" qəzeti, 2000, 21 iyun.
- ↑ Azərbaycan Sovet Ensiklopediyası: 10 с.-də. C.8. Bakı, 1984, 608 s.
- ↑ Квалификационный справочник должностей руководителей, специалистов и других служащих (Утвержден постановлением Минтруда РФ от 21 августа 1998 г. № 37. Москва, 1998.
- ↑ Квалификационный справочник должностей руководителей, специалистов и других служащих (Утвержден постановлением Минтруда РФ от 21 августа 1998 г. № 37. Москва, 1998.