Regel paxladəni

Astragalus echinops — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar”– NT. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: NT.

Astragalus echinops
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Astragalus echinops
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Gövdəsinin hündürlüyü 30-90 sm olan, sıx a tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları 10-16 cütdür, yarpaqcıqları ellipsivari və ya uzunsov-yumurtaşəkillidir, ititəhərdir, üzəri ağ tükcüklüdür. Yarpaqların qoltuğunda yerləşmiş çiçəklər kürəşəkilli çiçək qrupuna aiddir. Tacı sarıdır. Paxlası tükcüklüdür, yuxarı uc hissədə dörtdillidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarına təsadüf edir. Orta dağ qurşağında, quru , daşlı yamaclarda və qayalı ərazilərdə rast gəlinir. Mezokserofitdir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu-Xəzindərə, Ərəfsə kəndinin ətrafı; Ordubad rayonu – Biləv, Paraqa, Tivi və Bist kəndlərinin ətrafı; Babək rayonu- Buzqov kəndinin ətrafı).

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii bərpası azalır və ətraf mühitin mənfi təsirlərinə qarşı həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Populyasiyaların azlığı və antropogen təsirlər.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Məhdud sahələrdə yayılmış, mənfi təsirlərə məruz qalan növ kimi akademik H. Əliyev adına Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]