Rekreasiya (polyakca – recreacya – istirahət. Lat. recreatio – istirahət) – Təbiətin qoynunda istiharət etmək və ya turist gəzintiləri yolu ilə sağlamlığın və əmək qabiliyyətinin bərpa olunması[1].
İstirahət edənlər və turistlər tərəfindən torpağın həddindən çox tapdanması (bərkiməsi), bitkilərin və xırda heyvanların məhv edilməsi nəticəsində ekosistemin tərkibinin, strukturunun və fəaliyyətinin antropogen diqressiyası (pisləşməsi). Bitkinin rekreasiya dəyişməsi retroqres tipli suksessiya variantıdır. Rekreasiya təsirinin intensivliyi rekreasiya yükü kimi qiymətləndirilir.
Əhalinin istirahəti üçün təbii komplekslərin (əsasən meşə biosenozları) intensiv istifadəsi nəticəsində dəyişməsi. Meşə biosenozuna əsas rekreasiya təsirləri bunlardır: mexaniki (tapdanma, budaqların kəsilməsi, odun hazırlanması, tonqal qalanması, heyvanların qorxudulması və s.), meşədən göbələk, giləmeyvə, çiçək və s. yığılması. Meşəyə daim təsir nəticəsində (bitkinin tapdanması və torpağın bərkiməsi) baş verir.
Ərazi rekreasiya sisteminin – planetin quru ərazisində və akvatoriyasında istirahət yerlərinin yaranması, yerləşməsi və fəaliyyətini öyrənən elm sahəsi.
Əhalinin istirahəti, sağlamlıq və əmək fəaliyyətini bərpa etmək üçün təyin olunmuş quru və ya su səthi sahəsi.
İnsanın istirahəti və sağlamlığının bərpası məqsədilə ayrılmış ərazilər haqqında məlumatların məcmusu. Rekreasiya kadastrına obyektlərin estetik qiyməti, marşrutların mürəkkəblik dərəcəsi, onların müxtəlif istirahətçi kateqoriyası üçün əlverişliliyi və s. göstərilir.
Əhalinin kütləvi istirahət və əyləncə məqsədi üçün ayrılmış meşə sahələri. Bu məqsədlə təşkil olunan yaşıl zonalar, meşə-parklar təbii meşələr fonunda yaradılır və meşələrin normal funksiyası saxlanılmaqla rekreasiya həcmi artırılır. Belə ki, meşə-parklar yaradarkən orada meşə landşaftları, çəmənlik sahələri, ayrı-ayrı meşə talaları öz təbii halında saxlanılır. Eyni zamanda burada bir sıra tədbirlər sistemi də həyata keçirmək lazım gəlir. Meşə-parklarda çəmənliklər, idman meydançaları, gündəlik istirahət üçün evlər və s. yaradılması məsləhətdir. Park və qoruqdan fərqli olaraq Rekreasiya meşələrinə gələn vətəndaşlar müxtəlif istiqamətlərdə gəzintiyə çıxmaq, ç içək, göbələk, meyvə, giləmeyvə, dərman bitkisi yığmaq, balıq tutmaq imkanına malik ola bilər. Ona görə də Rekreasiya meşələrində xüsusi yollar, cığırlar şəbəkəsi də planlaşdırılır. Respublikamızda Rekreasiya meşələri əsasən sanatoriya və kurortlar ətrafında (İstisu, Şuşa, Şəki, Abşeron, Yalama) meşəli rayon mərkəzləri tərafında yerləşir.
İstirahət üçün ayrılmış kiçik təbiət sahəsi(göl, nohur, meşə talası və s.).
Təbiət ərazisinin insana müsbət fiziki, psixoloji təsir bağışlaması xassəsi. Bu əsasən istirahət vaxtı təzahür edir.
İnsanın istirahətini təmin edən, onun sağlamlığını və əmək qabiliyyətini bərpa edən təbii resurslar.
Əhalinin kütləvi istirahəti məqsədilə istifadə etdiyi su hövzəsi.
İstirahət edənlərin (balıqtutma, turist, ovçu və s.) və onların nəqliyyat vasitələrinin təbii komplekslərə və rekreasiya obyektlərinə bilavasitə təsir dərəcəsi. Vahid sahəyə və ya rekreasiya obyektinə bir gündə gələn adamların sayı ilə ifadə olunur.