Relativistic Heavy Ion Collider

Relativist (nisbi) Ağır İon Toqquşdurucu

Gerçək zaman maşını ilə kainatın başlanğıcının tapılmasını təsəvvür edin. Relativist (nisbi) ağır ion toqquşdurucunun (en. RHIC – RAİT) çevrəsinin uzunluğu 2,5 mildir (~4.0 km) və 700 nəfər adam tərəfindən nəzarət edilir. RAİT-in inşası 600 milyon dollardan artıq qiymətə başa gəlib və illik saxlanılma xərci 150 milyon dollardan artıqdır. Əgər Nyu York, Uzun Adada yerləşən Relativist ağır ion toqquşdurucudakı qızıl ionları bir birinə çırpılsalar bu görüş 7,2 triliyon Faranheyt dərəcədən çox (~4 triliyon dərəcə Selsi) temperature əmələ gətirə bilər. Bu, zərrəcikləri əridəcək qədər yüksək temperaturdur, Zərrəciklər ayrıldıqca onların ibarət olduğu bloklar-kvarklar və qluonlar-maddənin yeni vəziyyətinə — kvark-qluon plazmaısına keçmək üçün birləşirlər. Çarpışma başa çatıb materiallar soyuduqda protonlar və neytronlar təsir kimi 4.000 subatomik zərrəcik əmələ gətirərək yenidən yaranır. Alimlər RAİT-i istifadə etdikcə ilk milyonuncu saniyəsi ərzində böyük partlamanın şərtlərini təkrarlamağa cəhd göstərirlər.

Elm üçün istifadəsi

RAİT-də fiziklər universal maddənin formalaşmasını daha çox anlamaqdan ötrü qızıl atomlarını elektronlarından arınaraq pozitiv yüklü ionlara çevirməsi üçün səylə sürətləndiricidən (akseleratordan) keçirirlər. Dairəvi borucuqlara buraxılmış həmin ionların sürəti çarpışmadan əvvəl işıq sürətinin 99,9%-nə qədər yüksəlir. Bu toqquşma zərbəsinin nəticələrini nəzərdən keçirərkən alimlər müəyyənləşdirirlər ki, böyük partlayışdan sonrakı zərrəciklər heç də gözlənildiyi tək qaz kimi deyil, maye kimi hərəkət edirlər.

Praktik həyat üçün istifadəsi

Hal hazırda, protonların sürətinin artırlması və insan xərcəngi şişlərinin şüa ilə müalicəsi və zəiflədilməsində onlara dəqiq bələdçilik etmələrinin daha da yaxşılaşdırırlmasından ötrü RAİT alimləri maşınların qayırılması üzərində çalışırlar. Mühəndislər müəyyənləşdirmişdir ki, plastic vərəqlər üzərində kiçik deşiklər açmaq üçün ağır ion şüaları istifadə edilməsi cismlərin filtrlənməsini və molekulların çeşidlənməsini daha da asanlaşdırır. Bir neçə ilin içində, RAİT-in ifratkeçirici maqnit texnologiyası nəticəsində biz enerjinin saxlanılmasının daha sadə üsullarının icad edilməsinə şahid ola bilərik.