Relyasiya hesablaması – verilənlər bazalarının idarə olunmasında: əlaqələrin (cədvəllərin) işlənməsinin qeyri-prosedur üsulu. Relyasiya hesabının iki ailəsi var: domenə görə hesablama və kortejə görə hesablama. Hər iki ailə riyazi baxımdan ekvivalentdir; bu ailələrdən hər hansı birindən istifadə etməklə istənilən əlaqənin təsvirini verilənlər bazasında mövcud əlaqələr əsasında ifadə etmək olar.