Rene İquita — Kolumbiyalı futbolçu
Rene İquita | |
---|---|
Ümumi məlumatlar | |
Tam adı | Jose Rene İquita Zapat |
Ləqəbi | El Loko |
Doğum tarixi | 27 avqust 1966[1][2] (57 yaş) və ya 28 avqust 1966 (57 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 176 sm |
Çəkisi | 80 kq |
Mövqeyi | qapıçı |
Klub haqqında məlumat | |
Klub | Əl -Nəsr |
Vəzifəsi | Qapıçı məçqiçisi |
Vikianbarda əlaqəli mediafayllar |
Oyunlar zamanı tez-tez qoruduğu qapını tərk edərək, rəqib qapısında qol arayan Rene İquita müxtəlif klubların heyətində 235 matçda 30, yığmada isə 68 görüşdə 8 qol vurub. O, Kolumbiyanın 8 klubundan əlavə, "Valyadolid" (İspaniya), "Verakruz" (Meksika), "Aukas" (Ekvador) və Quaros" (Venesuela) komandalarının da formasını geyinib.
Qabarıq qıvrım saçları və cəsur qurtarışları ilə tanınan Rene İquita daha çox 1990-cı il dünya çempionatında məşhurlaşıb. İquita həmin Mundialın ¼ final matçında cərimə meydançasından təqribən 20 metr irəlidə topla oynarkən, kamerunlu Roje Millanı da keçməyə çalışıb. Lakin bu vaxt Milla topu ələ keçirərək, boş qapıdan keçirib. Nəticədə 1:2 hesabı ilə uduzan Kolumbiya mübarizəni dayandırıb.
Sonra da İquita "Uembli" stadionunda İngiltərə yığması ilə yoldaşlıq görüşündə şou göstərib. O, üstünə gələn və əlləri ilə rahatca tuta biləcəyi topu qapı xətti üzərində gövdəsini irəli verərək, topuqları ilə uzaqlaşdırıb. Bu vaxt bədəninin aldığı fiqurla əlaqədar bu hərəkəti futbol dünyasında "Əqrəb zərbəsi" adlandırılıb. David Ospina bu barədə belə demişdir:
"Onun bu hərəkəti illər keçsə də unudulmayacaq. Çünki o topu çıxarmağın başqa yolu yox idi. O, mənim idolumdur və mən daima ona çatmağa çalışacağam. Əqrəb zərbəsini təkrarlamaq istərdim, amma Arsene Vengerdən icazə almaq çətin olacaq"
Rene İquita sonuncu dəfə 2009-cu ildə "Deportivo Pereyra" (Kolumbiya) komandasında forma geyinib. Dünyanın ən estetik görkəmə malik qapıçısı Rene İquita 44 yaşında - 2010-cu ildə "El Loko" ləqəbli qolkiper karyerasını başa vurmağı qərara alıb, yanvarın 24-də vida matçı keçirir. Qarşılaşma Kolumbiyanın "Nasyonal" komandasının 1990-cı illərdəki oyunçuları ilə kolumbiyalı ulduz futbolçular arasında olmuş, görüşə Kolumbiya prezidenti Alvaro Uribe ilə yanaşı, Dieqo Maradona, Ronaldo və Ronaldinyo kimi məşhurlar da dəvət almışlar.