Reqina Ezera

Reqina Ezera (latış. Regīna Ezera‎; 20 dekabr 1930[1][2], Riqa[3]11 iyun 2002[2], Kequms[d]) — Latviya yazıçısı, Latviya SSR-nin əməkdar mədəniyyət işçisi (1974), Latviya SSR xalq yazıçısı (1981). Üç Ulduz ordeninin IV dərəcəli kavaleri.

Reqina Ezera
latış. Regīna Ezera
Doğum tarixi
Doğum yeri Riqa, Latviya
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Kequms, Latviya
Dəfn yeri
  • Tomes qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Latviya Latviya
Milliyyəti latış
Təhsili
Fəaliyyəti şair, təscüməçi
Əsərlərinin dili latış,
Janrlar roman, hekayə
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni

Reqina Ezera 20 dekabr 1930-cu ildə Riqada, Robert və tibb bacısı Lusia Şamreto ailəsində anadan olmuşdur. 1944-cü ildə ailə Almaniyaya işləməyə aparılır. Amerikalılar “Zorla köçürülmüş insanları” 1945-ci ilin yazında Qərbə aparanda, valideynləri ilə birlikdə eşelondan qaçmış və Sovet işğal bölgəsində qalmışdır. O, 1945-ci ilin payızında Riqaya qayıtmışdır.

Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib (1955). "Pionieris" qəzetində işləyib (1954-1957). Ezer (latış. Regīna Ezera‎ → azərb. göl‎) təxəllüsü ilə ilk nəşri, "Pat īkšķis nelīdzēja" hekayəsi "Bērnība" ("Uşaqlıq") uşaq jurnalında olmuşdur (1955). İlk nəşr olunan kitabi "Un ceļš vēl kūp" (1961) qısa hekayələr toplusudur. İlk romanı isə "Yaz səması altında" 1961-ci ildə işıq üzü görmüşdür. 1961-ci ildən Latviya Yazıçılar Birliyinin üzvüdür[4].

1963-cü ildə yazıçının ikinci romanı çapdan çıxmışdır ("Onlar üç idi").

Reqina Ezeranın nəşrləri Liesma, Moskva İzvestiyası (Xalqlar Dostluğu Kitabxanasında) və Sovet Yazıçısı nəşriyyatları tərəfindən dəfələrlə rus dilində nəşr edilmişdir.

1976-cı ildə Riqa Film Studiyasında rejissor Günar Silinskinin başçılığı altında "Quyu" romanı əsasında "Sonata gölün üstündə" bədii filmi çəkilmişdir. 1996-cı ildə Latviya televiziyası rejissoru Talivaldis Marqeviç "Əjdaha yumurtası" filmini çəkir və Reqina Ezerada burada rol alır[5]. Ailəsi:

Birinci əri - keçmiş legioner Yekab Lassenberq;

İkinci əri - jurnalist və tərcüməçi Çeslavs Kinculis.

Qızları: İnese, İlze və Aya.

1978-ci ildən Riqadan uzaq olmayan kənd evində yaşayırdı.

11 iyun 2002-ci ildə vəfat etmiş və Kequms yaxınlığındakı Tomes qəbiristanlığında dəfn edilmişdir.

2003-cü ildə yazıçının evində xatirə muzeyi açılmışdır.

  • «Zilonis»
  • «Un ceļš vēl kūp» (1961)
  • «Daugavas stāsti» (1965)
  • «Aiztek Gaujas ūdeņi, aiztek» (1968)
  • «Saules atspulgs» (1969)
  • «Grieze — trakais putns» (1970)
  • «Nakts bez mēnesnīcas» (1971)
  • «Pavasara pērkons» (1973)
  • «Vasara bija tikai vienu dienu» (1974)
  • «Cilvēkam vajag suni» (1975)
  • «Baraviku laika dullums» (1978)
  • «Slazds» (1979)
  • «Princeses fenomens» (1985)
  • «Pie klusiem ūdeņiem» (1987)
  • «Zem pavasara debesīm» ("Yaz səması altında") (1961)
  • «Viņas bija trīs» (1963)
  • «Dzilnas sila balāde» (1968)
  • «Aka» (1972)
  • «Zemdegas» (1977)
  • «Mežābele» (1966)
  • «Izlase» (1979)
  • «Nostalģija» (1979)
  • «Saulespuķes no pērnās vasaras» (1980)
  • «Varmācība» (1982)
  • «Nodevība» (1984)
  • «Dzīvot uz savas zemes» (1984)
  • «Virtuvē bez pavārgrāmatas» (1989)
  • «Stāsti un noveles» (1990)
  • «Visticamāk, ka ne…» (1993)
  • «Zvaigžņu lietus» (1994)
  • «Pūķa ola» (1995)
  • «Visticamāk, ka jā…» (1996)
  • «Mazliet patiesības. Nedaudz melu…» (1997)
  • «Raksti, I» (2000)
  • «Raksti, II» (2001)
  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Regīna Ezera // Brockhauz Ensiklopediyası (alm.).
  3. Deutsche Nationalbibliothek Record #123299136 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Regīna Ezera // Latvijas Enciklopēdija. — Rīga: SIA «Valērija Belokoņa izdevniecība», 2007. — ISBN 9984-9482-0-X.
  5. "Регина Эзера - фильмография - советские сценаристы - Кино-Театр.РУ". 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.