Resker və Xosudovskinin gəlirli binası (Rostov-na-Donu)

Resker və Xosudovskinin gəlirli binasıRostov-na-Donu şəhəri Budyonnı küçəsi 1916-1943-cü illərdə mövcud olmuş bina. Böyük vətən müharibəsi dönəmində bina tamamən dağıdılmışdır.

Resker və Xosudovskinin gəlirli binası
rus. Доходный дом Рецкера и Хосудовского
47°12′56″ şm. e. 39°42′36″ ş. u.
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1916
Memarlıq quruluşu modern
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ünvan: Rostov-na-Donu şəhəri, Budyonnı prospekti, ev 10.

Tarixi[redaktə | mənbəni redaktə et]

Resker və Xosudovskinin gəlirli binası 1916-cı ildə tacirlər Resker və Xosudovskinin vəsaiti hesabına inşa edilmişdir. Boris Ermoloviç Xosudovski bur ticarətçi idi və tütüt ticarəti ilə məşğul olurdu. Üstəlik onun «Qafqaz-Don mühəndis bürosunda» kontoru vardı. E. L. Resker belə tütün ticarəti ilə məşğul olurdu.

1914-cü ildə Resker və Xosudovskinin gəlirli binasının yerində kiçik bir tütün mağazası olmuşdur. Bu mağaza iki tacirə məxsus idi. Birinci dünya müharibəsinin başlandığı dövrdə bu iki biznesmen tədricən varlanırdı. Bu səbəbdəb onlar gəlirli bina inşa edtməyi qərara alırlar. Gəkirli bina 1916-cı ildə inşa edilmişdir. Layihənin müəllifi Leonid Fyodroviç Eberq olmuşdur. Yeddi mərtəbəli bina zirzəmiyə sahib idi üstəlik modern stilində olmuşdur. П-yə bənzər formata malik idi. Taqanroq prospektində yerləşirdi. Binanın birinci mərtəbəsi ticari bir məqsədlərə xidmət edirdi. Zirzəmidə isə anbarlar yerləşirdi. İkinci zirzəmidə kotelni fəaliyyət göstərmişdir.

XX əsrdə, Birinci Dünya müharibəsi, 1917-ci il inqilabı, 1918-ci ilin yazında alman işğalı və ağların rejimi hələ heç nəyi dəyişməmişdi. Şəhərdə həyat öz axarı ilə gedirdi. 1920-ci ilin yanvarında Qırmızı ordu Semyon Mixayloviç Budennovun rəhbərliyi ilə Rostova daxil oldu. Burada vəziyyət kökündən dəyişmişdir. Bundan sonra burada böyük dağıntılar başladılmışdır. Resker və Xosudovskinin gəlirli binası ilk zərər görən binalardan olmuşdur. Binada yanğın baş vermiş və bundan sonra uzun zaman bina tərk edilmiş olaraq qalmışdır. 1923-cü ildə ev 42 ünvanında yaşayan bina sakinləri şəhər rəhbərliyinə şikayət etmişlər. İstər binanın fəhşətli görkəmi istərsə iki mərtəbəli zirzəmisində toplaşmış qanunsuz dəstələr sakinləri narahat edirdi. Binanın bərpasına vəsaitin olmaması səbəbindən sadəcə ətrafına taxta hasar çəkilmişdir. Ancaq bu səfillərin qarşısını ala bilməmişdur. Onlar buradan taxta, dəmir reyls və digər məvazimatları götürərək satırdılar. Nəticədə binanın alt mərtəbəsinin divarlarında uçqun baş vermişdir. Bina 42-də çatlar əmələ gəlmişdi. Binanın uçaraq digər binanın üzərinə düşmə təhlükəsi yaranmışdı. Burada usə 100 nəfər yaşayırdı.

14 aprel 1925-ci ildə «Molot» qəzetinin sıhifələrinin birində binada bş vermiş uçqundan yazmışdır.

Resker və Xosudovskinin gəlirli binası, 1942

Hadisə yerinə gələn şəhər rəhbərliyi onun bərpasına qərar vermişdir.

Resker və Xosudovskinin gəlirli binası, 1941

Uzun zaman baxışdan sonra binanın yararlığı təsbit edilmoşdir. Binanın bərpasına pul ayrılmışdır. L. F. Eberq binanın fasadına azca dekirlar əlavə etməklə əvvəlki görkəmdə bərpa etmişdir.

Bərpadan sonra 1930-cu ildə binada «Don» mehmanxanası açılmışdır. İkinci Dünya müharibəsinə qədər şəhərin ən hündür binası olmuşdur. 1941-ci ildə almanlar şəhəri işğal edərkən burada yanğın olur. Bina tamamən yanır.

1942-ci ildə körpüləri bərpa etmək məqsədi ilə Resker və Xosudovskinin gəlirli binasının materiallarından istifadə etmişlər. Nəticədə bina adi bir çınqıl topasına çvrilmişdir. Tam dağılmış binanın yerində 1957-ci ildə dörd mərtəbəli tikili inşa edilmişdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Газета «Молот»: 1925-1927гг.
  • Газета «Советский Юг»: 1925г.
  • Газета «Приазовский Край» 1914.10.14.

Mənbə[redaktə | mənbəni redaktə et]