Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi

Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi — Azərbaycan hökumətinin qərarı ilə Xalq Torpaq Komissarlığının təşəbbüskarlığı ilə yaranmışdır. İlk olaraq, "Kənd Təsərrüfatı və Sənaye İstehsalat" satış sərgisi kimi fəaliyyət göstərmişdir. Sonralar burada nümayiş olunan eksponatlar zənginliyinə görə böyük marağa səbəb olduğundan muzey kimi fəaliyyət göstərməyə başlayıb. 1924-cü ildə fəaliyyətini muzey olaraq davam etdirmişdir. Dünyanın 5 ölkəsində Macarıstan, Bolqarıstan, Çin, Amerika və Azərbaycanda kənd təsərrüfatı muzeyləri vardır. Muzey 2014-cü ildən Yuneskonun nəzdindəki Beynəlxalq Muzeylər Şurasının üzvüdür. Muzey Azərbaycanda kənd təsərrüfatının tarixini və bu gününü əks etdirən eksponatlarla zəngindir.[2]

Kənd Təsərrüfatı Muzeyi
Kənd Təsərrüfatı Muzeyi
Loqonun şəkli
Xəritə
Əsası qoyulub 1924
Mövzu Kənd təsərrüfatı
Ölkə
Yerləşir Azərbaycan, Bakı
Kolleksiyası 9538 (əsas fond), 1041 (əlavə fond).10579(daxil olma) [1]
Muzeyə yetişmək Azadlıq metrosu
Telefon (99412) 561-49-17
İş rejimi Bazar ertəsi - cümə.
Bilet xidmət pulludur
40°25′43″ şm. e. 49°50′36″ ş. u.HGYO
kendteserrufatimuzeyi.az/…

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi Qida Təhlükəsizliyi İnstitutununi binasının 5-ci mərtəbəsində fəaliyyət göstərir. Muzey 1924-cü ildə yaradılıb. Muzeydə Azərbaycanın kənd təsərrüfatı və kənd sakinlərinin iş və məişət şəraitini əks etdirən 11.000(on bir mindən) çox maraqlı eksponat yerləşdirilib. Burada Qobustan qoruğunun maketi, İpək yolu xəritəsi, müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı bölgələrində istifadə edilən kənd təsərrüfatı alətləri, XVIII–XIX əsrə aid insanların məişətini və təsərrüfat həyatını əks etdirən eksponatlar nümayiş olunur. Muzeydə müxtəlif bölmələr də var. Bu bölmələr maraqlı eksponatlarla zəngin olmaqla yanaşı, ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrinin zəngin tarixindən, onların inkişaf mərhələsindən xəbər verir, xalqımızın bu sahədə də zəngin ənənələrə malik olduğunu nümayiş etdirir.

Muzeyin ekspozisiyası

[redaktə | mənbəni redaktə et]

Yarandığı gündən muzeyin ekspozisiyası və fondu ardıcıl olaraq təzələnir və respublika kənd təsərrüfatının müasir vəziyyətini, tarixi inkişafını əks etdirən yeni-yeni materiallarla, eksponatlarla zənginləşir. Muzeydə Azərbaycanın kənd təsərrüfatının demək olar ki, bütün sahələri öz əksini tapmışdır. Hazırda ekspozisiya 500 m² sahəni əhatə edir. Muzey zəngin fonda və müasir standartlara uyğun tərtib olunmuş gözəl ekspozisiyaya malikdir. Muzeyin yerləşdiyi bina təmir olunmuş və ekspozisiya zalları dünya standartlarına uyğun səviyyədə ən müasir maketləşdirilmiş formada tərtib olunmuşdur. 200 m²-lik inzibati və iş otaqları tam təmir edilmişdir. Muzeydə 5640 foto neqativ, 260 məişət və etnoqrafiya, 37 rəsm əsəri, 35 tətbiqi incəsənət nümunələri və s. vardır. Muzeyə giriş pulludur.[3]

muzey
Kəndli təsərrüfatında arabanın nəqliyyat və daşıma vasitəsi kimi əvəzsiz rolu olmuşdur. Arabaya qoşqu kimi işlədilən heyvan növlərindən asılı olaraq arabanın da müxtəlif növləri hazırlanırdı: at arabası, kəl arabası, öküz arabası, eşşək arabası. Arabanın hazırlanması xüsusi texniki hazırlığa malik ustalar tərəfindən icra edilirdi. Arabaya lazım olan hissələr хarratlar və dəmirçilər tərəfindən hazırlanır və sonra lazımi qaydada quraşdırma işi aparılırdı. Araba hissələrinin adları aşağıdakılardır: təkər, ban, pər, kəmər, çərçivə, reyka, samı, boyunduruq, qol, laydır (çəmbər), ох, top, dislə, çumaça. Araba tək at üçün hazırlandıqda ona qarşı tərəfdən at qoşmaq üçün iki qol düzəldilir. Cüt qoşqu arabaları təkqollu olub, arabanın qarşı tərəfindən orta hissəyə bərkidilir. Qol arabanın müxtəlif tərəflərə yönələ bilməsini təmin etmək məqsədilə onun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşla sözündən olub, arabanın tuşlana biləcəyi istiqaməti ifadə edir.

[4]

  1. "Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-19.
  2. "Azərbaycan Dövlət Kənd Təsərrüfati Muzeyi". kataloq.gomap.az. 2018-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.
  3. "Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi respublikanın ilk muzeylərindən biridir". https://icomaz.a. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.
  4. "Kənd Təsərrüfatı muzeyi". www.binegedi-ih.gov.az. 2018-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]