Respublika Xatirə Kitabı (redaksiya)

"Respublika Xatirə Kitabı"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli qərarı ilə İkinci dünya müharibəsində, hərbi münaqişə və məhəlli müharibələrdə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılmış nəşriyyat-redaksiya. Əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olmuş, 8 iyun 2016-cı il tarixindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir[1].

"Respublika Xatirə Kitabı" redaksiyası
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye Nəşriyyat-redaksiya
Təsis tarixi 1989
xatirekitabi.az/index.php
Respublikası Xatirə Kitabı redaksiyasının çap etdiyi kitabların cildləri

Azərbaycan Respublikası Xatirə Kitabının nəşriyyat-redaksiyası 1989-cu ildən fəaliyyətə başlayıb. Redaksiyanın məqsədi İkinci Dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabının hazırlanmasıdır.

1997-ci ildən kitab nəşr prosesinə başlamışdır.

Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib.

Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır.

Kitab ümumilikdə 20 cilddən ibarət olacağı nəzərdə tutulmuşdur.

Baş redaktoru olmuşlar

[redaktə | mənbəni redaktə et]
  • Ünvan:AZ1073, Bakı ş., Mətbuat pr., 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, 5-ci mərtəbə
  • Tel.: (994 12) 4972024, (994 12) 4972023, (994 12) 4970756, (994 12) 493284, (994 12) 4978051,

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]