Reval danışıqları — 9 iyun 1908-ci ildə Finlandiya körfəzinin Baltik sahillərində, indiki Estoniyanın paytaxtı Revalda Britaniya kralı VII Eduard və Rusiya imperatoru II Nikolayın arasında baş tutmuş görüş.[1]
6 noyabr 1908-ci ildə o dövrdə Rusiya imperiyasının tabeliyində olan Revalda görüşən Britaniya və Rusiya nümayəndə heyətləri "xəstə adam" olaraq görülən Osmanlı imperiyasını zəiflətmək barədə razılığa gəlmişdilər. Bu səbəbdən Balkanlarda islahatlara təzyiq edilməsinə qərar verilmişdir.
Bu xəbər Makedoniyada zabitlər arasında eşidiləndə "Gənc türklər" fəaliyyətlərini sürətləndirmiş və Gənc türklər inqilabı baş tutmuşdur.[3]