Reyhani xətti—Ərəb xətt növü.
Reyhani xətti XI əsrdə məşhur ərəb xəttatı İbn Muğlənin tələbəsi və davamçısı olmuş, daha çox İbn Əl-Bəvvab təxəllüsü ilə tanınmış görkəmli xətt ustası Əli ibn Hilal tərəfindən yaradılmışdır. Zahiri görünüşü bir qədər süls xəttinə bənzəsə də, bəzi özünəməxsus elementləri ilə fərqlənir. Belə ki, sülsdən fərqli olaraq burada "əlif" və "ləm" kimi hərflərin başları yazı istiqamətində çevrilir. Bu xətdən əsasən yazılı ədəbiyyatda istifadə olunur.