Rezin ördək (heykəl)

Rezin ördək – holland sənətçi Florentin Hofman tərəfindən hazırlanmış nəhəng üzən heykəllər seriyası. Honkonq, Bakı, Pittsburq, Toronto, Sidney və s. kimi şəhərlərdə peyda olmuşdur. Hər bir Rezin ördək heykəli hər şəhər üçün yenidən yaradılmış və müvəqqəti nümayiş etdirilmişdir.[1]

Rezin ördək heykəllləri holland sənətçi Florentin Hofman tərəfindən yaradılmışdır. 2013-cü ildə verdiyi müsahibədə Hofman bildirmişdi ki, bu ideya 2000 və ya 2001-ci ildə Niderlandda yogurt reklamları ilə dolu muzeyi ziyarət edəndə ağlına gəlib. O, bu reklamlar üçün rezin ördəyi münasib saymış və Tolo Toys adlı Honkonq şirkəti ilə dizayn barədə razılığa gəlmişdir.[2] Yogho!Yogho! yogurt şirkəti işi maliyyələşdirmişdir.[3]

Rezin ördəklərin ölçüləri fərqlidir. Ən böyüyü Fransanın Sen-Nazer şəhərində yerləşir və ölçüləri 26×20×32 metrdir. Pekindəki rezin ördəyin ölçüləri 4x15x18 metr, Seokçon gölündəki rezin ördəyin ölçüləri isə 16.5x19.8x16.5 metr, kütləsi isə 1000 kiloqramdır. Rezin ördək 200 polivinil xlorid parçası ilə tikilmişdir. Bütün PVX parçaları tikiş maşını vasitəsilə əllə birləşdirilib.

Rezin ördəyin dözümlülüyünü artırmaq üçün bir qatın üzərinə başqa parça əlavə edilmişdir.[4] Gövdənin arxa hissəsində giriş hissə var və sənətçilər ördəyin gövdəsini yoxlaya bilərlər. Bundan əlavə, istər pis, istər yaxşı havadan yenidən şişirdilməsi üçün gövdəsində elektrik ventilyatoru yerləşir.[5] Rezin ördəyin suda sərbəst üzməsinin qarşısını almaq üçün 16 kəndirlə sahilə bərkidilib. Rezin ördəyin ən yuxarısında sukeçirməz kabel var, sahildə yerləşən elektrik paylayıcısından gələn elektrik bu kabel vasitəsilə ötürülür və ventilyatorun işləməsini təmin edir.[6] Ventilyator həmçinin rezin ördəyin içərisindəki hava sirkulyasiyası tənzim edərək rezin ördəyin formasının saxlanmasını təmin edir.

2007-ci ildən bəri ördəklər Amsterdam, Bakı, Lommel, Osaka, Sidney, San-Paulu, Honkonq kimi şəhərlərdə nümayiş etdirilmişdir.[7] 17 sentyabr-20 oktyabr 2013-cü ildə ilk dəfə ABŞ-da (Pittsburq) nümayiş etdirilmişdir.[8] Pittburqdakı ördəyi 1 milyondan çox insan ziyarət etmişdir.[9][10] 17-26 may 2014-cü ildə Virciniya ştatının Norfolk şəhərində, daha sonra Haaqa şəhərində Krisler İncəsənət Muzeyinin qarşısında üzmüşdür.

2014-cü ilin oktyabrında Cənubi Koreyanın Lotte konqlomeratı 2014-cü ilin oktyabrında ölkənin ən böyük ticarət mərkəzi olan Lotte World Mall-un (Lotte World Tower də burada yerləşir) açılışı üçün nəhəng rezin ördək istəmişdilər.[11] Qüllə Han və Seokçon çayları arasında yerləşir və nəhəng rezin ördək burada quraşdırılmışdır.[12][13] Lakin sərgi zamanı sökülmüşdür.[14]

Rezin ördək 2009-cu ildə Belçikada nümayiş etdirilərkən 42 dəfə vandallar tərəfindən deşilmişdir.[15] 2013-cü ildə Honkonqda nümayiş etdirilərkən 15 mayda sökülmüşdür.[16] Lakin 20 mayda yenidən nümayiş olunmağa başlamışdır.[15] 2 noyabr 2013-cü ildə Tayvanda baş vermiş zəlzələ nəticəsində heykəl xəsarət almışdır.[17][18] Çində baş vermiş daşqınlar zamanı isə onu axın aparmışdır.[19] 30 sentyabr 2017-ci ildə Santyaqoda nümayiş etdirilərkən deşilmiş və sökülmüşdür.[20]

4 iyun 2013-cü ildə Çinin ən populyar mikrobloqu olan Sina Weibo "Bugün", "Bu gecə", "4 iyun", "Böyük sarı ördək" sözlərini blok etmişdir. Çünki çinli aktivistlər məşhur "Naməlum üsyançı" şəklini fotoşop edərək tankların əvəzinə böyük sarı ördəkləri qoyurdular. Əgər "Böyük sarı ördək" sözü axtarılsa, nəticələr göstərilməyəcəkdir.[21]

Yerlərin siyahısı

[redaktə | mənbəni redaktə et]

Rezin ördək aşağıdakı məkanlarda görünmüşdür:

  • Sen-Nazer, Fransa, 2007 (26×20×32 metr or 85×66×105 fut)[22]
  • San-Paulu, Braziliya, 2008 (12×14×16 metr or 39×46×52 fut)
  • Osaka, Yaponiya, dekabr 2010 (10×11×13 metr or 33×36×43 fut)
  • Oklend, Yeni Zelandiya, fevral 2011 (12×14×16 metr or 39×46×52 fut)
  • Onomiçi, Yaponiya, 2012 (10×11×13 metr or 33×36×43 fut)
  • Hasselt, Belçika, iyul 2012 (12×14×16 metr or 39×46×52 fut)[23]
  • Sidney, Yeni Cənubi Uels, Avstraliya, yanvar 2013 (13×14×15 metr or 43×46×49 fut)[24]
  • Çimsaçöy, Koulun, Honkonq, may 2013 (14×15×16.5 metr or 46×49×54 fut)[25]
  • Pittsburq, Pennsilvaniya, ABŞ, sentyabr 2013 (14×15×16.5 metr or 46×49×54 fut)[9]
  • Pekin, Çin, sentyabr 2013 (14×15×18 metr or 46×49×59 fut)[26]
  • Bakı, Azərbaycan, sentyabr 2013 (12×14×16 metr or 39×46×52 fut)[27]
  • Qaosyun, Tayvan, sentyabr 2013 (25×18×18 metr or 82×59×59 fut)[28][29]
  • Taoyan, Tayvan, 26 oktyabr 2013 (25×18×18 metr or 82×59×59 fut)
  • Kiilunq, Tayvan, 20 dekabr 2013 (25×18×18 metr or 82×59×59 fut)
  • Parramatta, Avstraliya, 10–19 yanvar 2014 (13×14×15 metr or 43×46×49 fut)
  • Hoşimin, Vyetnam, 27 aprel – 31 may 2014 (22×20×16 metr or 72×66×52 fut)
  • Norfolk, Virciniya, ABŞ, 17–26 may 2014 (14×15×16.5 metr or 46×49×54 fut)
  • Hanzou, Çin, 30 may – 15 iyul 2014 (25×18×18 metr or 82×59×59 fut)[30]
  • Los-Anceles, Kaliforniya, ABŞ, avqust 2014 (33×18×26 metr or 108×59×85 fut)[31]
  • Vankuver, Britaniya Kolumbiyası, Kanada, avqust 2014 (13×14×15 metr or 43×46×49 fut)
  • Seul, Cənubi Koreya, 14 oktyabr 2014 – 14 noyabr 2014 (16.5×19.8×16.5 metr or 54×65×54 fut)[32]
  • Şanxay, Çin, 23 oktyabr 2014 – 23 noyabr 2014[33]
  • Makao, 29 aprel 2016 – 27 may 2016[34]
  • Harbin, Çin, iyul–avqust 2016[35]
  • Buffalo, Nyu-York, ABŞ, 26–28 avqust 2016[36]
  • Ontario, Kanada, iyul – avqust 2017]][37][38]
  • SantyaqoValparayso, Çili, 28 sentyabr 2017 – 8 oktyabr 2017[39]
  • Meykarta, Lippo Cikaranq, Cikaranq, İndoneziya, 5 noyabr 2017 – hazırda
  1. Chow, Vivienne. "Florentijn Hofman, Rubber Duck artist, is man of principles". South China Morning Post. 6 May 2013. 17 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 February 2018.
  2. Xiong Yuqing. "'Rubber Duck' doubt". Global Times. 12 August 2013. 2016-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-22.
  3. Meija, Carlos. "Artist Florentijn Hofman Makes the World's Biggest Toys". Fatherly. 15 May 2017. 30 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 February 2018.
  4. "Hofman's Rubber Ducky Travels the World". EcoGreenGlobe. 25 April 2012. 1 December 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 April 2018.
  5. Sophia Sun. "6個不可不知的Rubber Duck解碼". Yahoo!. 25 April 2013. 22 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2018.
  6. Avenuel Art Hall, Lotte Gallery. Rubber Duck Project Seoul. Seoul, 2014. Print.
  7. "First Day of Florentijn Hofman's Rubber Duck Exhibition in Hong Kong". 2014-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
  8. "The Rubber Duck Bridge Party". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
  9. 1 2 "Giant rubber ducky quacking tonight in Pittsburgh". Pittsburgh Post-Gazette. 27 September 2013. 2 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2013.
  10. "Duck marks last days; lovable bird to be moved, cleaned, deflated Sunday". Pittsburgh Post-Gazette. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
  11. "롯데월드몰 개장 기념으로 데려온 러버덕, 첫날부터 '김 샜다'". MoneyWeek. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
  12. "Giant rubber duck to arrive in Seoul". The Korea Times. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
  13. "Lotte Invites Monster Duck To Soothe Construction Flap". Wall Street Journal: Korea Realtime. 2016-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
  14. "Giant Rubber Duck Goes Flat in Seoul". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
  15. 1 2 "Fowl play? Giant rubber duck drowns in Hong Kong". CNN. 15 May 2013. 13 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2013.
  16. "Giant rubber duck deflates in Hong Kong". gbtimes.com. 15 May 2013. 4 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2018.
  17. "Giant duck damaged in Taiwan earthquake". 2 November 2013. 20 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2013.
  18. "Giant rubber duck bursts in Taiwan". 31 December 2013. 3 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2018.
  19. "China: Giant yellow rubber duck swept away in flood". BBC News. 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
  20. "Insólito: Patito gigante del Parque Quinta Normal terminó roto y desinflado". CNN. 30 September 2017. 14 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2017.
  21. Didi Kirsten Tatlow. "Censored in China: 'Today,' 'Tonight' and 'Big Yellow Duck'". New York Times. 4 June 2013. 9 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2018.
  22. "Canard de Bain St. Nazaire 2007". Florentijn Hofman. florentijnhofman.nl. 28 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 June 2013.
  23. "Rubber Duck Hasselt 2009". Florentijn Hofman. florentijnhofman.nl. 21 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 June 2013.
  24. "Rubber Duck Sydney 2013". Florentijn Hofman. florentijnhofman.nl. 15 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 June 2013.
  25. "Rubber Duck Hong Kong 2013". Florentijn Hofman. florentijnhofman.nl. 20 August 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 June 2013.
  26. Laura Zhou. "Beijing prepares for bigger, better rubber duck than Hong Kong". South China Morning Post. 29 August 2013. 29 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2013.
  27. "YARAT Contemporary Art Space will proudly present last project of 'PARTİCİPATE' Baku Public Art Festival 'RUBBER DUCK' by a Netherlands artist Florentijn Hofman". Yarat.az. 24 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 November 2017.
  28. Olivia B. Waxman. "Rubber Duck Finds Permanent Home in Taiwan". Time. 25 July 2013. 2 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2013.
  29. Hiufu Wong, CNN. "Giant duck conquers Taiwan". CNN. 24 September 2013. 10 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2018.
  30. CFP. "Giant Rubber Duck waits in wings in Hangzhou". China Daily. 30 May 2014. 31 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2014.
  31. "Tall ships parade, giant yellow duck greeted warmly by thousands along San Pedro Waterfront". 22 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2014.
  32. "Rubber Duck Project Seoul". RubberDuckProject.kr. 10 yanvar 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2017.
  33. "Giant Rubber Duck Graces Shanghai". 10 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 October 2014.
  34. "Macao Science Center". 2016-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
  35. "18-meter-high rubber duck seen in NE China". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-02.
  36. "Largest rubber duck in the world nesting at Canalside". wgrz.com. İstifadə tarixi: 2016-08-28.[ölü keçid]
  37. Everything you wanted to know about Toronto's giant rubber duck Arxivləşdirilib 2018-03-13 at the Wayback Machine - Metro News. 29 June 2017. Retrieved 4 July 2017.
  38. "Giant rubber duck wades into Toronto waterfront". CTVNews.ca. 30 June 2017. 9 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 November 2017.
  39. 13, Tele. "Rubber Duck: el mapa con los lugares donde podrás fotografiarte con el pato de hule". t13.cl (ispan). 25 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]