Rhophitoides canus

Rhophitoides canus (lat. Rhophitoides canus) — buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinə aid olan növ.

Rhophitoides canus
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Rhophitoides canus
Beynəlxalq elmi adı
  • Rhophitoides canus

Bütün təbii zona və hündürlük qurşaqlarında təsadüf edilir, çay kənarları və meyvə bağlarında məskunlaşır. Sosial növ deyil, Azərbaycanda aprel-iyul aylarında uçur, bir nəsil verir.

Paxlalılar fəsiləsinin oliqotrofudur, qarayoncanın aktiv tozlandırıcılarından biridir, bəzən qarayonca sahələrində bütün arıkimilərin 60%-i təşkil edir. Qida bitkiləri gəvən, çölnoxudu, qurdotu. adaçayı, bəlğəmotu və s.

Avropa-asiya növüdür. Avropa və Asiyanın çöllük zonalarında daha geniş yayılmışdır. Ədəbiyyat məlumatlarına görə Fransa, Almaniyada (lokal olaraq), Yuqoslaviyada, Rumıniya, Qafqaz, Şimali Türkiyə, İran, Başqırdıstan, Özbəkistan, Qırğızıstan, Monqolustandan məlumdur. Azərbaycanda adi növdür. Naxçıvan MR (Ordubad), Ağdərə, Lerik və İsmayıllı rayonlarından toplanmışdır.