Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 5 saniyə əvvəl Dr.Wiki54 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Riçard Şirer — Bakcell şirkətinin Baş icraçı direktoru (aprel, 2011)
Riçard Şirer |
---|
Riçard Şirer Amerika, Asiya və Avropada geniş beynəlxalq iş təcrübəsinə malikdir. Onun iş təcrübəsi əsasən dünyanın ən raqabətli bazarlarının simsiz xidmətlər seqmentində telekommunikasiya xidmətlərinin təşkil edilməsi sahəsini əhatə edib. Cənab Şirer öz əmək fəaliyyətinə Böyük Britaniyanın Cable & Wireless şirkətində başlayıb.
1990-1997 illərdə o, Coopers & Lybrand Consulting (PWC) şirkətində çalışarkən müxtəlif beynəlxalq telekommunikasiya layihələrini həyata keçirib. 1997-ci ildə Şirer Malayziyada DiGiTelecom şirkətinin Baş direktoru vəzifəsinə təyin edilib və 2000-ci ilə qədər həmin vəzifəni icra edib. 2000-2001-ci illərdə Riçard Şirer Böyük Britaniyada T-Mobile şirkətinin Baş kommersiya direktoru vəzifəsində çalışıb. Daha sonra o, Empower Interactive Group Ltd-nin Baş direktoru vəzifəsinə təyin edilib və həmin şirkətə 2004-cü ilə qədər rəhbərlik edib. 2005-2008-ci illərdə Şirer Bolqarıstanın BTC Mobile EOOD (Vivatel) şirkətində Baş direktor vəzifəsində çalışıb.
2011-ci ildə Bakcell şirkətinə gəlməzdən əvvəl, cənab Şirer Polşanın qabaqcıl mobil operatoru və TV xidmətlərin yeni təchizatçısı olan TPSA/Orange şirkətində İdarə Heyətinin müştərilərlə iş üzrə üzvü səlahiyyətlərini icra edib[1].
Cənab Şirer İmtiyazlı İdarəetmə Mühasibləri İnstitutunun üzvüdür və Mühasibatlıq və Maliyyə üzrə Bakalavr dərəcəsinə malikdir.