Riçard Klayderman — Fransa pianoçusu.
Riçard Klayderman | |
---|---|
fr. Richard Clayderman | |
Ümumi məlumatlar | |
Doğum adı | Filipp Peyces[1] |
Ləqəbi | Richard Clayderman |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu, bəstəkar, aranjimançı[d] |
Fəaliyyət illəri | 1976-cı ildən |
Musiqi aləti | piano |
Albom şirkəti | EMI[d] |
clayderman.co.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Fortepiano ilə məşğul olmağa çox tez atasının rəhbərliyi ilə başlamışdır. Onun atası musiqi müəllimi idi.
12 yaşında musiqi konservatoriyasına daxil olmuşdur. Orada Klayderman 16 yaşlılar arasında birinci yeri tutmuşdu. Öz təhsil haqqını ödəmək və bacarığını təkmilləşdirmək üçün o, fortepianoda ifa etməyə başlayır. Klayderman o vaxt Mişel Sardu, Terri Le Lüron və Conni Hallideyin yanında işləyirdi.
1976-cı ildə 20 başqa pianoçu ilə ballada yazmaq üçün musiqi yazılışına istehsalçı kimi dəvət olunur. Nəticədə hamının içindən onu seçdilər və o vaxtdan Klaydermanın məşhurluğu əhəmiyyətli dərəcədə artdı.
Pol de Sennevilin yazdığı dünyada tanınan "Adelina üçün ballada" Klaydermanı əsl ulduza çevirdi. Bu əsər dünyanın 38 ölkəsində 22 milyon nüsxə ilə satıldı[2].
Klaydermanın yaradıcılığı fortepianonu o qədər tanıtdı ki, bəzi şərhçilər onu bu musiqi alətinin XX əsrdə böyük tanıdıcısı adlandırırdılar. Bir tanınmış alman tənqidçi demişdi ki, heç Bethovenin vaxtında da bu aləti belə tanıdan olmamışdı.
Bu günə qədər Klayderman 1200-dən çox musiqi əsərləri yazmış və ümumi tirajı 90 milyon olan 100-dən çox kompakt-disk buraxmışdır. O, öz repertuarında yeni romantik üslub yaratdı. O, vaxtının böyük hissəsini konsertlərdə çıxışlarına sərf etmişdir. 2006-cı ildə Klaydermanın əsərlərinin 70 milyon satışı qeydə alınmışdır. Bundan başqa onun 267 qızıl və 70 platin diski olmuşdur. Riçard Klayderman "dünyanın ən uğurlu pianoçusu" kimi Ginnesin Dünya rekordları kitabına düşmüşdür[3].