Riasor

Riasor (isp. Estadio Municipal de Riazor) — İspaniyanın Qalisiya muxtar regionun La-Korunya şəhərində yerləşən futbol stadionu. "Deportivo La-Korunya" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 32.912 nəfərdir. Açılışı 28 oktyabr 1944-cü ildə olmuşdur.

Riasor
Xəritə
Yeri La-Korunya, İspaniya
Təməli qoyulub 1939
Tikilib 1940
Açılış tarixi 28 oktyabr 1944[1]
Yenidən qurulma tarixi 1982, 1995–1998
Sahibi La Korunya
Tamaşaçı tutumu 32.912[1]
Ev sahibi komanda Deportivo La-Korunya
Meydançanın ölçüləri 105x68[1]
Ot örtüyü Ot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təməli 1993-cü ildə qoyulmuş stadionun memarı Santyaqo Rey Pedreyradır.[2] 28 oktyabr 1944-cü ildə stadionun təntənəli açılışı olmuşdur. Açılış oyununda "Deportivo" və "Valensiya" komandaları qarşılaşıblar.[3] Bu görüş 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.[3] Stadion 1982-ci ildə futbol üzrə dünya çempionatının qrup mərhələsinin üç oyununu qəbul edib.[3] Məhz həmin ildə stadionda ilk dəfə əsaslı yenidənqurma işləri aparılıb.[3] Növbəti yenidənqurma işləri 1995-ci ildən 1998-ci ilədək həyata keçirilib. Məhz bu yenidənqurma işləri zamanı stadiondakı qaçış zolağı yığışdırılmış və stadiondakı oturacaqların sayı 34.000-ə çatdırılmışdır.[3]

Stadionda tamaşaçı sayına görə rekord göstərici 1999/2000 mövsümündə qeydə alınıb: "Deportivo" ilə "Espanyol" komandaları arasında keçirilmiş oyunu 41.000 tamaşaçı canlı olaraq seyr edib.[3]

Yeni stadionun layihəsi

[redaktə | mənbəni redaktə et]

2003-cü ildə "Deportivo"nun prezidenti "Riasor" stadionun məşhur meksikalı memar Piter Ayzenman tərəfindən hazırlanmış yeni layihəsini ictimaiyyətə təqdim edib. Hazırda layihənin icrası dayandırılıb.[3]

Əgər futbol üzrə 2018-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnu Rusiya yox, İspaniya qazansaydı, o zaman stadiondakı oturacaqların sayı 45.000-ə qədər artırılacaqdı.[3]

1982 FİFA Dünya Kuboku

[redaktə | mənbəni redaktə et]
Tarix Komanda #1 Hesab Komanda #2 Mərhələ
1982–06-15  Peru 0–0  Kamerun 1-ci qrup
1982–06-19  Polşa 0–0  Kamerun 1-ci qrup
1982–06-22  Polşa 5–1  Peru 1-ci qrup
  1. 1 2 3 "RIAZOR". rcdeportivo.es. 2017-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-11.
  2. "СТАДИОНЫ ИСПАНИИ: Риасор". allstadiums.ru. 2012-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-11.
  3. 1 2 3 4 5 6 7 8 "Стадион «Риасор»". deportivo-fc.ru. 2017-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]