Riesko

Riesko (isp. Isla Riesco) — Sakit okeanın sularında, Çilinin inzibati cəhətdən Maqalyanes-i-la-Antarktika-Çilena vilayəti ərazisində yerləşir. Ada Çilinin 14-cü prezidenti Qerman Rieskonun şərəfinə adlandırılıb. Adanın sahəsi 5 110 km² təşkil edir. Ən hündür nöqtəsi — 1830 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Materik məşəlli adadır. Sahil Kordilyerinin bir hissəsini təşkil edir.

Riesko adası
isp. Isla Riesco
Ümumi məlumatlar
Sahəsi 5110 km²
Uzunluğu
  • 120 km
Eni 75 km
Hündür nöqtəsi 1830 m
Əhalisi 256 nəfər (2002-ci il)
Yerləşməsi
53°00′00″ c. e. 72°30′00″ q. u.
Ölkə  Çili
Akvatoriya
Riesko adası xəritədə
Riesko adası
Riesko adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adanın ən hündür nöqtəsi Atalaya dağıdır (1830 m). Adada kiçik buzlaqlar vardır. Adanın qərb hissəsində Reserva Nacional Alacalufes milli parkı yerləşir. Burada vəhşi təbiətdə Cənub And maralının yaşadığı tək məkandır.

Adanın köklü əhalisi hindu qəbiləsi olan Alakaluflardır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Riesko adası Çilinin ən iri Daş kömür ehtiyatlarına malik ərazisidir. Dəqiq qiymətləndirməyə əsasən 280 milyon ton, ehtimal olaraq 670 milyon ton kömür ehtiyatı vardır. Ehtiyatlar üç ərazi üzrə bölünmüşdür: Rio Eduardo, Yelena və Estansiya İnverno.

Ada əhalisinin əsas məşgulliyyəti qoyunçuluqdur. Üstəlik ərazidə düyüdə əkilir.