Rinqelman effekti

Rinqelman effekti ― bir qrupda insan sayının artmasına müqabil olaraq məhsuldarlığın azalma tendensiyasını ifadə edən nəzəriyyə.[1]

Bu psixoloji akt qrupun həcmi ilə qrup üzvlərinin hər hansı missiyanın tamamlanmasına yönəldilmiş səyləri arasında var olan tərs mütənasiblik ilə xarakterizə olunur. Rinqelmen zaman itkisi ilə qrupun effektivliyi arasındakı əlaqəni araşdırarkən müəyyən etmişdir ki, qrup üzvlərinin bir iş üzərində birlikdə işləmələri fərdlərin ayrı-ayrılıqda işləməsində daha az səy tələb edir. Bu məntiqlə qrupdakı insanların sayı artdıqca fərdlərin əməyi getdikcə səmərəsizləşir.

  1. "Ringelmann Effect". iresearchnet.com (ingilis). 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2021.