Riqa Vaqonqayırma Zavodu

Riqa Vaqonqayırma zavodu, RVZ (latış. Rīgas Vagonbūves Rūpnīca‎, RVR) — Riqa şəhərində yerləşən, Latviyanın ən iri maşınqayırma zavodu.

Riqa Vaqonqayırma Zavodu
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye Maşınqayırma
Təsis tarixi 1895
Baş qərargahın yeri
Struktur
İşçi sayı 780
www.rvr.lv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zavod 1895-ci ildə alman-baltik sahibkar Oskar Freyvirt tərəfindən «Fenikss» istehsalat birliyi olaraq təşkil edilmişdir. Rusiya İmperiyası ərazisində ən iri vaqonqayırma müəsisəsi olmuşdur.

1915-ci ildə Riqa Vaqonqsyırma Zavodu alman işğalı ilə əlaqədar Rusiyanın daxilinə yürləşdirmişdir.

1930-cu illərdə «Fenikss» şirkətinin boş obyeklərində «Vairogs» Səhmdar cəmiyyəti təşkil olunmuşdur. «Ford Motor Company» şirkətindən lisensiya alınaraq avtomobillərin təmiri gerçəkləşirdi. Zavod Baltik regionunda iri avtomobil istehsalçısına çevrilmişdir. 1930—1940-cı illərdə isə burada vaqonqayırma istehsalı gerçəkləşdirilirdi.

SSRİ dönəmində zavod iri elektrikli vaqonlar, dizel vaqonlar və tramvay istehsalçısı olmuşdur.

1949-cu ildən etibarən burada МТВ-82 Kursiv mətntipli tramvay vaqonları inşa edilirdi. Halbukibir öncəyə qədər bu vaqonlar Moskva ətrafındakı zavodlarda buraxılırdı. İstehsal 1961-ci ilə qədər davam etmişdir.

Zavod müxtəlif dönəmlərdə РВЗ-6 tramvayları, ЭР1, ЭР2, ЭР7, ЭР9 və d. elektrikli vaqonlar istehsal edilmişdir. Üstəlik burada ЭР22 (SSRİ üçün), ЭР25 (Bolqarıstan üçün), ЭР31 (Bolqarısta,Yuqoslaviya,Serbiya üçün) vaqonları istehsal edilmişdir. Özünün son fəaliyyətləri dönəmində zavodda ЭР2Т, ER2TM və ER9TM elektrikli vaqonları, ДР1B dizel vaqonu, RVR-2002 şəhər tramvayı istehsal edilmişdi[1].

Riqa Vaqonqayırma Zavodunda buraxılan modellər[redaktə | mənbəni redaktə et]

01 (62-01) — 3-vaqonlu elektoseksiyalı daimi enerjili СР seriyalı
02 (62-02) — motorlu vaqon elektoseksiyalı СР seriyalı (mod. 62-01)
03 (62-03) — qoşqu vaqon elektoseksiyalı СР seriyalı (mod. 62-01)
04 (62-04) — yük yerli elektoseksiyalı qoşqu vaqonu СР seriyalə (mod. 62-01)
05 (62-05) — 3-vaqonlu elektoseksiyalı daimi enerjili СР3 seriyalı
06 (62-06) — motorlu vaqon elektoseksiyalı СР3 seriyalı (mod. 62-05)
07 (62-07) — qoşqu vaqon elektoseksiyalı СР3 seriyalı (mod. 62-05)
08 (62-08) — 3-vaqonlu elektoseksiyalı daimi enerjili СН seriyalı
09 (62-09) — motorlu vaqon elektoseksiyalı СН (mod. 62-08) seriyalı
10 (62-10) — qoşqu vaqon elektoseksiyalı СН (mod. 62-08) seriyalı
11 (62-11) — 10-vaqonlu elektoseksiyalı daimi enerjili ЭР1 seriyası
12 (62-12) — Motorlu elektro vaqon ЭР1 (mod. 62-11)
13 (62-13) — əsas qoşqu vaqonlu elektoseksiyalı ЭР1 seriyalı (mod. 62-11)

İstehsalın süqutu[redaktə | mənbəni redaktə et]

1991-ci ildən etibarən istehsalda azalma baş vermişdir. RVZ 1993-cü ildə Rusiya üçün elektrikli vaqon istehsal etmişdir. 2016-cı ilə olan məlumata görə həmin vaqon Dyoma stansiyasında fəaliyyət göstərir[2]. Rusiya ərazisində Torjok vaqonqayırma zavodu və Demixovski maşınqayırma zavodları fəaliyyətə başlaması ilə Riqa Vaqonqayırma Zavodunda istehsal olduqca azalmışdır. Zavod 2001-ci ildə Ukrayna[3] və 2003-cü ildə isə Gürcüstan[4] üçün vaqonlar istehsal edilmişdir. 1996-cı ildə ЭР9 vaqonlarının istehsalı tamamən dayandırılmışdır. 2003-cü ildən etibarən Riqa Vaqonqayırma Zavodu artıq elektrikli vaqonların istehsalını tam dayandırmışdır..

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Продукция Рижского вагоностроительного завода[ölü keçid]
  2. "ЭР2 7240". 2016-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
  3. "ЭР2 7250". 2016-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
  4. "ЭР2 7251". 2016-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.

Mənbə[redaktə | mənbəni redaktə et]