Riu-Dosi[1][2] (port. Rio Doce) — Cənubi Amerika ərazisindən axan çay. Braziliyanın cənub-şərqində yerləşir. Çayın uzunluğu 853 km, hövzəsinin sahəsi 83400 km² təşkil edir. Qərbdən şərqə axır. Piranqa və Karmu çaylarının birləşməsindən əmələ gəlir. Atlantik okeana tökülür.
Riu-Dosi | |
---|---|
port. Rio Doce | |
Ölkə | Braziliya |
Mənbəyi | |
• Yüksəkliyi | 1148 m |
Mənsəbi | Atlantik okean |
Uzunluğu | 853 km |
Su hövzəsi | Atlantik okean |
Hövzəsinin sahəsi | 83400 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gursululuq dövrü oktyabrdan aprel-maya qədərdir.
5 noyabr 2015-ci ildə Samaro dağ-mədənində bəndin partlayışı baş verir. Nəticədə 11 nəfər həlak olmuşdur. Üstəlik Riu-Dosi çayı toksik maddələrlə çirklənir[3]. Zəhərli maddələr bölgənin ekologiyasına böyük zərbə vurmuşdur.