Riyad Əliyarov

Riyad Məmməd oğlu Əliyarov (20 fevral 2003; Xaçmaz rayonu, Xudat, Azərbaycan — 13 iyun 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin şəhidi.

Riyad Əliyarov
Əliyarov Riyad Məmməd oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xaçmaz rayonu, Xudat, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Fəxri Xiyaban
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Məmməd Əliyarov
Anası Sevinc Əliyarova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2021-2022
Rütbə Əsgər
Vəzifəsi Mühəndis-istehkam
Təltifləri "Vətən uğrunda" medalı "Hərbi xidmətlərə görə" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "İgidliyə görə" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Riyad Əliyarov 20 fevral 2003-ci ildə Xaçmaz rayonunun Xudat kəndində anadan olub. Subay idi. O, hərbi xidmətində mühəndis-istehkam bölməsində xidmət etmişdir. Atası Məmməd Əliyarovdur. Özündən böyük 2 qardaşı vardır. Evin son beşiyidir. Böyük qardaşı Əliyarov Mülküm Məmməd oğlu, 44 günlük Vətən müharibəsində iştirak etmişdir.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Riyad Əliyarov 2020-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O hərbi xidmətində Ömər aşırımı mövqeyində mühəndis-istehkam bölməsində xidmət etmişdir. Onun N saylı hərbi hissədə manqa komandirlərindən biri Silahlı Qüvvələrinin Veteranı Elçin Rəhimov olmuşdur..

Vəfatı[redaktə | mənbəni redaktə et]

13 iyun 2022-ci il tarixində Kəlbəcər rayonunda şəhid olmuşdur. 14 iyun 2022-ci il tarixində Fəxri Xiyabanda dəfn olunmuşdur.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Mükafat
Tarix İstehsal Medal Qeyd
26.06.2022 "Vətən uğrunda" medalı ölümündən sonra
09.07.2022 "Hərbi xidmətlərə görə" medalı [mənbə göstərin]
10.07.2022 "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
17.07.2022 "İgidliyə görə" medalı

İstinadlar[redaktə | mənbəni redaktə et]