Rizomastiqida (lat. Rhizomastigida) — İbtidailərin eukariotlar üst tipinə daxil olan dəstədir.
Rizomastiqida | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Bir, iki və ya bir neçə qamçısı olan rəngsiz qamçılılardır. Ölçüsü 5–120 mkm arasında dəyişir. Rizomastiqidlər özlərində sarkodinlərin və qamçılıların əlamətlərini birləşdirirlər; yəni həm qamçıları var, həm də psevdopodiya əmələ gətirirlər. Nüvəsi birdir, bədənin ön ucunda yerləşir. Yığılıb-açılan vakuol daha çox bədənin arxa ucunda yerləşir. Həm üzən, həm də sürünən formaları vardır. Hər yerdə: şirin və duzlu sularda, torpaqda yayılıb.[1]